Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu

Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu
19.08.2026 22:20

Sudanda üsyançı “Çevik Dəstək Qüvvələri” (ÇDQ) hərəkatının 318 döyüşçüsündən ibarət qrup ölkə ordusunun tərəfinə keçib.

TodayPress TV xəbər verir ki, bu barədə “Africanews” telekanalı məlumat yayıb.

Məlumata görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Hərbçilər silah və digər hərbi texnika ilə birlikdə təxminən 50 döyüş maşınında Əd-Dabbə şəhərinə gəliblər.

Əli Əhmədin sözlərinə görə, ÇDQ-dən ayrılmaq qərarı sıralarında institusional idarəetmənin olmaması səbəbindən qəbul edilib. O bildirib ki, onun bölməsi Sudanın birliyi və sabitliyi uğrunda ordu tərəfində döyüşməyə hazırdır.

ÇDQ-dən ayrılanları sərhəd qoşunlarının komandanı polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb və digər döyüşçüləri də silahlı qüvvələrə qoşulmağa çağırıb.

Xatırladaq ki, bu, bir həftə ərzində baş verən ikinci eyni hadisədir. Avqustun 13-də Sudan hakimiyyəti ÇDQ-nin 21 komandiri və 270 döyüşçüsünün 37 döyüş maşınını təhvil verərək ordu tərəfinə keçdiyini açıqlamışdı.

Aysel Mətləb

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 UEFA Çempionlar Liqası: "Hapoel" "Sabah"la oyunda hesabı bərabərləşdirdi - CANLI 23:03 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Все новости