Sudana üç aylıq atəşkəslə bağlı çağırış edildi

Sudana üç aylıq atəşkəslə bağlı çağırış edildi
14.09.2025 07:44 Dünya

Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üç aylıq atəşkəsə çağırış ediblər.

TodayPress TV xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-nin xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.

Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.

Dördtərəfli bəyanatda, həmçinin “Müsəlman Qardaşları” ilə əlaqəli zorakı ekstremist qrupların bölgədə zorakılığın və qeyri-sabitliyin artmasında roluna diqqət çəkilir, onların Sudanın gələcəyini müəyyənləşdirə bilməyəcəkləri vurğulanıb.

Nazirlər bu mövzuda məsləhətləşmələri 2025-ci ilin sentyabrında keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 UEFA Çempionlar Liqası: "Hapoel" "Sabah"la oyunda hesabı bərabərləşdirdi - CANLI 23:03 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 Bütün Xəbərlər