Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!”

Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!”
31.07.2026 23:35

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti və müstəntiqi Con Nikson “Al Arabiya” telekanalına müsahibəsində İraqın mərhum prezidenti Səddam Hüseyni dindirməsi ilə bağlı indiyədək açıqlanmayan detalları bölüşüb.

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, Nikson 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra onun axtarışı əməliyyatında əsas kəşfiyyat müşaviri olub.

O, komandası ilə birlikdə ABŞ xüsusi təyinatlı qüvvələrinin Səddamın gizləndiyi yeri müəyyən edərək, onun həbsinə imkan verən məlumatların toplanmasında iştirak edib.

Nikson təxminən bir ay ərzində Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Kropper həbs düşərgəsində yerləşən dindirmə otağında Səddam Hüseynlə üz-üzə qalıb. O, dindirmələr nəticəsində ABŞ-ın siyasi-hərbi rəhbərliyi üçün gözlənilməz hesab etdiyi qənaətlərə gəldiyini bildirib.

Nikson bildirib ki, MKİ Səddam Hüseynin şəxsiyyətini düzgün qiymətləndirməyib və onu dövlət idarəçiliyinin bütün detallarına nəzarət edən lider kimi təqdim etməkdə ifrata varıb. Halbuki hakimiyyətinin son illərində Səddam gündəlik dövlət işlərinə daha az qarışır, daha çox köməkçilərinə güvənirdi.

O, həmçinin vurğulayıb ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Səddamın kütləvi qırğın silahları olmayıb. Niksonun fikrincə, müharibə qərarı yanlış kəşfiyyat qiymətləndirmələrinə və təsdiqlənmiş sübutlardan daha çox İraq rejimini devirmək istəyinə əsaslanıb.

Nikson əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyası İraqın kütləvi qırğın silahlarına malik olması və Səddam rejimi ilə “Əl-Qaidə” terror təşkilatı arasında əlaqələrin mövcudluğu barədə qeyri-dəqiq məlumatlara istinad edib. Onun sözlərinə görə, Ağ Ev müharibə qərarını dəstəkləyən məlumatları seçərək istifadə edib, bu versiyaya zidd olan kəşfiyyat qiymətləndirmələrini isə nəzərə almayıb.

Şəxsi müşahidələrindən danışan Nikson deyib ki, Səddam Hüseyn devrildikdən sonra mürəkkəb yox, sadə üsuldan istifadə edərək gizlənə bilib. O, paytaxtı azsaylı müşayiətçilərlə mülki avtomobildə tərk edib və ABŞ kəşfiyyatının gözlədiyi mürəkkəb qaçış planının əksinə olaraq, şəxsi mühafizə heyətini tamamilə dəyişib.

Nikson qeyd edib ki, Səddam son dərəcə məxfi və skeptist xarakterə malik olub, niyyətlərini hətta ən yaxın adamlarından belə gizlədib. MKİ-nin keçmiş zabitinin fikrincə, bu xüsusiyyət Səddamın onilliklər boyu hakimiyyətdə qalmasının və yaxın çevrəsinə sızmağın çətin olmasının əsas səbəblərindən biri olub.

Con Nikson mərhum İraq prezidentini dövlət çevrilişi cəhdlərini baş verməmişdən əvvəl zərərsizləşdirməkdə mahir şəxs kimi də xarakterizə edib: “Səddam sədaqətinə şübhə yarandığı andan etibarən həmin şəxslərə qarşı tədbir görür, dövlət qurumları daxilində rəqibləri və müxalifləri izləmək üçün effektiv təhlükəsizlik qurumlarına arxalanırdı”.

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Все новости