Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı artdı
25.11.2025 10:57

Noyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə kütləvi hava hücumu həyata keçirib. Hücum nəticəsində ölənlərin sayı artıb.

TodayPress TV xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Svyatoşinski rayonunda 6 nəfər hadisə yerində ölüb, ən azı 3 nəfər yaralanıb.

Rusiya ordusu hücum zamanı müxtəlif növ raketlər və pilotsuz uçuş aparatlarından istifadə edib. Darnitski, Svyatoşinski, Peçerski və Dneprovski rayonları zərbələrə məruz qalıb. Peçersk rayonunda 22 mərtəbəli yaşayış binasına raket düşüb və 4-7-ci mərtəbələr daha çox ziyan görüb.

Dneprovski rayonunda 9 mərtəbəli binaya zərbə nəticəsində yanğın baş verib. Darnitski rayonunda qeyri-yaşayış binası zədələnib, Svyatoşinski rayonunda isə dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Hücumdan sonra paytaxtın bir sıra bölgələrində elektrik və su təchizatında fasilələr yaranıb. Xidmət orqanları enerji və kommunal xətlərin bərpası üzərində çalışır.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Все новости