"Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü
İran Silahlı Qüvvələri buraxıldıqdan sonra düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün trayektoriyasını dəyişə bilən, qabaqcıl imkanlara malik ballistik raketlərə sahibdir.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi bildirib.
"Raketlərimizin imkanları əhəmiyyətli dərəcədə inkişaf edib. Onlar artıq sadəcə bir nöqtədən buraxılıb başqa bir nöqtəyə düşmür. Raketlərimiz idarə olunur və bəziləri hətta uçuşun ortasında istiqamətini dəyişərək düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün manevr edə bilir", - deyə o izah edib.
Sözçü əlavə edib ki, raketə ilkin olaraq konkret hədəf təyin edildiyi halda belə, onun trayektoriyası uçuş zamanı dəyişdirilərək ikinci dərəcəli hədəflərə yönəldilə bilər.
Aysel Mətləb