Qırğızıstan telekanallardan milli dildə yayım tələb edir

Qırğızıstan telekanallardan milli dildə yayım tələb edir
16.01.2026 18:15

Qırğızıstan hakimiyyəti qanuni tələblərə uyğun olaraq televiziya kanallarından milli dildə yayımlanan verilişlərin payını 60%-ə çatdırmağı tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev teleşirkət nümayəndələri ilə keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, bəzi özəl kanallar qanunun tələblərinə formal şəkildə əməl edərək, on il əvvəl çəkilmiş qırğız dilində proqramları təkrar yayımlayır.

Taqayev qeyd edib ki, hakimiyyət özəl telekanalların inkişafına və onların strategiyalarına mane olmur, lakin qanunun, xüsusilə də qırğız dili ilə bağlı normaların ciddi şəkildə yerinə yetirilməsi vacibdir. O vurğulayıb ki, dövlət tamaşaçıların hüquqlarını qorumağa borcludur. 

Nazir müavini əlavə edib ki, teleşirkətlərə “Qırğızfilm” və “Qırğızserial” fondlarından 400-dən çox film, 40 cizgi filmi və 10 serial ödənişsiz təqdim olunub.

Bildirilib ki, telekanallar fevral ayının sonunadək bu qurumlarla müqavilə bağlamalı və qırğız dilində kontentlə təmin olunmalıdır. Əks halda, hakimiyyət ilin sonunadək bu cür özəl telekanallarla bağlı tədbirlər görəcək.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlərin geyim standartı müəyyənləşdi 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Все новости