Qətər nümayəndə heyəti İrandadır - Danışıqları yekunlaşacaq?

Qətər nümayəndə heyəti İrandadır -  Danışıqları yekunlaşacaq?
14.06.2026 15:52

Qətər nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq sülh razılaşması üzrə danışıqları yekunlaşdırmaq üçün Tehrana gedib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Pakistan liderləri müharibənin başa çatdırılması haqqında çərçivə sazişinin artıq iyunun 14-də imzalanacağını proqnozlaşdırırlar.

İran rəsmisi agentliyə bildirib ki, ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə proqramından tutmuş Hörmüz boğazının açılmasına və ABŞ tərəfindən neft sanksiyalarının ləğvinə qədər geniş spektrli məsələləri əhatə edir. Yekun razılaşma memorandum layihəsinin hər iki tərəfdən imzalanmasından sonra 60 gün ərzində müzakirə olunacaq.

Mənbənin məlumatına görə, memoranduma aşağıdakı məsələlər daxil ediləcək:

  • Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün dərhal açılması və ABŞ tərəfindən İran limanlarının dəniz mühasirəsinin götürülməsi;

  • ABŞ yekun saziş bağlanana qədər İrana qarşı heç bir yeni sanksiya tətbiq etməməyə və neft sanksiyalarını müəyyən müddətə ləğv etməyə razılaşır ki, bu da Tehrana neft satmağa və mənfəət əldə etməyə imkan verəcək;

  • ABŞ İranın 25 milyard dollar məbləğində dondurulmuş aktivlərini, o cümlədən birbaşa pul köçürmələri, region ölkələri arasında əməkdaşlıq və maliyyə kreditlərinin verilməsi vasitəsilə blokdan çıxarmağa razılaşır;

  • Tehran nüvə silahı istehsal etməyəcəyinə və ya əldə etməyəcəyinə, yekun saziş bağlanana qədər "nüvə status-kvosu"nu qoruyub saxlamağa, o cümlədən uranı zənginləşdirməməyə və nüvə obyektlərini genişləndirməməyə öhdəlik götürür;

  • ABŞ Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını İran ərazisində azaltmağı ilə razılaşır.

Qətərin "Al Araby" telekanalı mənbəyə istinadən qeyd edir ki, nümayəndə heyətinin İrana səfəri fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib. Həmçinin telekanalın məlumatına görə, memorandumun onlayn imzalanmasında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf iştirak edəcəklər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər şərtləri razılaşdırdıqları üçün İranla ABŞ arasında saziş bu il iyunun 14-də imzalanacaq.

Bununla belə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai memorandumun iyunun 14-də imzalanmayacağını bildirib. Eyni zamanda o, sənədin yaxın günlərdə imzalanması ehtimalını da istisna etməyib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Все новости