Zaxarova: "Solovyovun fikirləri Rusiyanın rəsmi mövqeyi deyil"

Zaxarova: "Solovyovun fikirləri Rusiyanın rəsmi mövqeyi deyil"
16.01.2026 04:40

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya" telekanalının aparıcısı Vladimir Solovyovun "Rusiya Ermənistana və Mərkəzi Asiya ölkələrinə qarşı xüsusi hərbi əməliyyat keçirməlidir" açıqlamasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə rusiyalı telejurnalistin dedikləri ətrafında manipulyasiya aparıldığını söyləyib.

"Bu cür manipulyasiya ilə məşğul olmaq sadəcə, qəbuledilməzdir. Birincisi, bu, jurnalistin fikridir. İkincisi, bu fikir "Solovyov.Life" özəl kanalında ifadə edilib. Üçüncüsü, bu fikir əslində sual kimi formalaşdırılıb (mən birbaşa çıxışa əsaslanırdım). Bu, bir bəyanat deyildi, bir sual idi — bilmirəm, ritorik idi, yoxsa başqa bir şey, buna cavab vermək mənim işim deyil. Dördüncüsü, bu ifadələr divan analitikləri tərəfindən aydın, tamamilə açıq şəkildə, təxribatçı şəkildə, demək olar ki, Rusiyanın rəsmi mövqeyi kimi təqdim edilib".

Zaxarova Solovyovun məlum fikirlərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın rəsmi mövqeyi ancaq dövlət qurumlarının səlahiyyətli şəxslərı tərəfindın səsləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 Bütün Xəbərlər