Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək?
Rusiyanın hakim "Vahid Rusiya" Partiyası Ramzan Kadırovu Çeçenistan rəhbəri vəzifəsinə namizəd irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə partiyanın Çeçenistan regional şöbəsinin katibi, respublikanın Baş naziri Məhəmməd Daudov "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qərar Qroznıda keçirilən regional təşkilatın konfransında yekdilliklə qəbul edilib. Daudov bunu Kadırovun Çeçenistan və Rusiya qarşısındakı xidmətlərinin qiymətləndirilməsi kimi dəyərləndirib.
Qeyd edək ki, Ramzan Kadırov 2007-ci il aprelin 5-də Çeçenistan Prezidenti vəzifəsinin icrasına başlayıb. 2010-cu ildə isə region rəhbəri statusunu alıb.
Çeçenistanda sonuncu seçkilər 2021-ci ildə keçirilib və Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 99,7 faizi Ramzan Kadırovu dəstəkləyib. Növbəti seçkilər 2026-cı il sentyabrın 20-də keçiriləcək.
Qiymət Mahir