Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək

Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək
12.08.2026 15:42

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ölkələrinin Rusiya gəmilərinə qarşı mümkün ələ keçirmə addımlarına cavab veriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Putin Avropa ölkələri Rusiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa və onları ələ keçirməyə cəhd göstərərsə, Moskvanın da eyni qaydada cavab verəcəyini deyib. 

Rusiya lideri Avropa ölkələrinin bu istiqamətdəki addımlarını “piratçılıq və soyğunçuluq” adlandırıb. Onun sözlərinə görə, Rusiyanın cavabı mütləq Avropa ölkələrinin Rusiya gəmilərini saxladığı sularda olmayacaq.

“Biz də eyni şəkildə cavab verməyə məcbur olacağıq”, – Putin deyib.

O, Rusiyanın bunun üçün “zəruri və məqsədəuyğun hesab etdiyi” istənilən yerdə, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında hərəkət edə biləcəyini vurğulayıb. Putin bununla bağlı Müdafiə Nazirliyinə müvafiq əmr verildiyini bildirib.

Sakit Okean Donanmasının komandanı Viktor Liina isə Rusiyanın “dost olmayan” ölkələrin gəmilərini və onların “kölgə donanması”nı yoxlamaq və saxlamaq üçün kifayət qədər qüvvə və vasitəyə malik olduğunu söyləyib.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın “kölgə donanması” ilə əlaqəli tankerlərdən ələ keçirilən Rusiya nefti və neft məhsullarının, həmçinin gəmilərdən götürülən taxılın satılmasına icazə verilib.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Озеро частично высохло, вышел наружу 200-летний «Экскалибур» 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 штатов подали в суд на Meta 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Эмодзи мыши переполошил суд: решение о залоге было отменено 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Все новости