Çin "Starlink"i milli təhlükəsizliyə təhdid hesab edir

Çin "Starlink"i milli təhlükəsizliyə təhdid hesab edir
02.01.2026 11:50

Çin hakimiyyəti "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsini ölkənin milli təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirib. Bu mövqe BMT Təhlükəsizlik Şurasında səsləndirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri Çin nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı çıxışına istinadla məlumat yayıb.

Bildirilir ki, 29 dekabr tarixində keçirilən qeyri-rəsmi iclas Rusiyanın təşəbbüsü ilə baş tutub. Çin nümayəndəsi çıxışında "Starlink" kimi peyk qruplaşmalarının sürətlə genişlənməsinin “ciddi təhlükəsizlik problemləri” yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, artıq "Starlink" peykləri ilə Çinin orbitdəki kosmik stansiyası arasında bir neçə təhlükəli yaxınlaşma halı qeydə alınıb, həmçinin digər bir peykin orbitdə parçalanması faktı müşahidə olunub.

Çin tərəfi əlavə edib ki, "Starlink" şəbəkəsi dəfələrlə hərbi kəşfiyyat məqsədləri üçün istifadə olunub və bu sistemlərdən əldə edilən məlumatlara “terrorçu və separatçı qrupların” çıxış imkanı var.

Pekinin mövqeyinə əsasən, kommersiya peyklərinin hərbi məqsədlərlə tətbiqi kosmosda silahlanma yarışının risklərini daha da artırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 AVQUST 2026
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Bütün Xəbərlər