Peskov: "Kubalı dostlarımızla əlaqə saxlayırıq"

Peskov: "Kubalı dostlarımızla əlaqə saxlayırıq"
12.02.2026 14:04

"Rusiya Kuba ilə əlaqələrini davam etdirir və yardım göstərmək üçün variantları nəzərdən keçirir".

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Kremlin sözçüsü ABŞ-nin  adaya qarşı enerji blokadası fonunda Havanaya humanitar yardım çərçivəsində planlaşdırılan neft tədarükünün həcmi ilə bağlı sualı cavablandırıb. Ötən ilin fevral ayında Rusiya Prezidenti Vladimir Putin Kubaya 100 min ton neft tədarükünü təsdiqləmişdi. Lakin böhran fonunda Rusiyanın Kubadakı səfiri əlavə tədarüklərin nəzərdən keçirildiyini bildirib.

"Hazırda bu məsələləri bu qədər açıq şəkildə müzakirə edə bilməyəcəyimiz aydındır, amma mən yalnız təkrarlaya bilərəm: kubalı dostlarımızla əlaqə saxlayırıq və onlara kömək göstərmək üçün variantları müzakirə edirik", – deyə o, jurnalistlərə bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Kubaya neft tədarükü ilə bağlı şərh vermişdi. Diplomat qeyd edib ki, Rusiya aviaşirkətləri “Rossiya” və “Nordwind” tərəfindən həyata keçirilən uçuşlarla bağlı “çox çətin vəziyyət” yaranıb. Nəticədə, Rusiya tərəfi dəstək tədbirlərini nəzərdən keçirir və Kuba hakimiyyəti ilə əlaqə saxlayır.

Qeyd edək ki, bundan əvvəl Tramp Kubaya neft tədarük edən ölkələrdən gələn mallara rüsum tətbiq edən sərəncam imzalamışdı.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Все новости