Pakistan ordusu Əfqanıstanı hədəf aldı

Pakistan ordusu Əfqanıstanı hədəf aldı
22.02.2026 11:35

Pakistan ordusu son vaxtlar törədilən hücumlara, o cümlədən İslamabadda şiə məscidində baş verən qanlı terror aktına görə məsuliyyət daşıyan silahlı qruplaşmaların "düşərgə və sığınacaqlarını" hədəf alaraq Əfqanıstan ərazisinə hava zərbələri endirib.

TodayPress TV "Al Jazeera"yə istinadən xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyi bazar günü həyata keçirilən hücumları pisləyib.

Nazirliyin bəyanatında bildirilib ki, Nəngərhar və Paktika vilayətlərində dini məktəbə və yaşayış evlərinə endirilən zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla insan həlak olub və yaralanıb. Əfqanıstan mənbələri Nəngərharda ən azı 17 nəfərin öldüyünü təsdiqləyib.

Pakistanın İnformasiya və Yayım Nazirliyi "X" sosial şəbəkəsində yaydığı bəyanatda ölkə hərbçilərinin "Təhriki-Taliban Pakistan" (TTP) və onun qollarına məxsus yeddi düşərgə və sığınacağa qarşı "kəşfiyyat məlumatlarına əsaslanan seçmə əməliyyatlar" keçirdiyini bildirib. Məlumata görə, sərhəd bölgəsində İŞİD qruplaşmasının bir qolu da hədəfə alınıb.

Qeyd olunub ki, rəsmi İslamabad dəfələrlə Əfqanıstanın Taliban hökumətini silahlı qruplaşmaların Əfqanıstan ərazisindən hücumlar təşkil etməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb, lakin Kabil "heç bir əsaslı addım" atmayıb.

"Pakistan həmişə regionda sülh və sabitliyi qorumağa çalışıb. Lakin vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün əsas prioritet olaraq qalır", - deyə bəyanatda vurğulanıb.

Əfqanıstana endirilən hava zərbələri şimal-qərbdəki Xayber-Paxtunxva əyalətinin Bannu rayonunda təhlükəsizlik karvanını hədəf alan və bir polkovnik-leytenant da daxil olmaqla, iki əsgərin ölümü ilə nəticələnən intiharçı hücumundan bir neçə saat sonraya təsadüf edib.

Bazar ertəsi yaxınlıqdakı Bacaurda silahlıların dəstəklədiyi başqa bir kamikadze partlayıcı maddə ilə dolu avtomobili təhlükəsizlik postunun divarına çırpıb, nəticədə 11 əsgər və bir uşaq həlak olub. Səlahiyyətlilər hücumçunun Əfqanıstan vətəndaşı olduğunu açıqlayıb.

Xatırladaq ki, fevralın 6-da İslamabadın Tarlay Kalan ərazisindəki "Xədicətül-Kübra" məscidində də kamikadze özünü partlatmış, ən azı 31 dindar ölmüş, 170 nəfər isə yaralanmışdı. Bu hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. O zaman Pakistan hərbçiləri hücumun Əfqanıstanda planlaşdırıldığını bildirmişdi.

Pakistan İnformasiya Nazirliyi beynəlxalq ictimaiyyəti Talibanı 2020-ci ildə Dohada imzaladığı razılaşmaya (Əfqanıstan ərazisindən digər ölkələrə qarşı hücumlar üçün istifadənin qarşısının alınması) əməl etməyə məcbur etməyə çağırıb.

Öz növbəsində Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanın hücumlarını "beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin pozulması" kimi qiymətləndirib və cavab veriləcəyini vəd edib: "Mülki vətəndaşların və dini obyektlərin hədəfə alınmasına görə Pakistan hərbçilərini məsuliyyət daşıyır. Biz bu hücumlara vaxtında və adekvat cavab verəcəyik".

Qeyd edək ki, qonşu ölkələr arasında münasibətlər oktyabrda baş verən qanlı toqquşmalardan bəri gərgin olaraq qalır. Oktyabrın 19-da Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəs əsasən qorunsa da, sonradan Türkiyədə keçirilən danışıqlar rəsmi razılaşma ilə nəticələnməyib.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Все новости