Onlarla PUA vuruldu, limanda yanğın çıxdı

Onlarla PUA vuruldu, limanda yanğın çıxdı
14.08.2026 10:00

Leninqrad vilayətində PUA hücumu nəticəsində Ust-Luqa limanında yanğın baş verib.

TodayPress TV  Ukrayna KİV-ə istinadən xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgə üzərində 51 PUA vurulub.

Son məlumata əsasən, məhv edilən pilotsuz təyyarələrin sayı 54-ə çatıb.

Drozdenko bildirib ki, hücum nəticəsində Ust-Luqa limanında yanğın aşkarlanıb və mütəxəssislər yanğının söndürülməsinə başlayıblar.

Bundan əvvəl vilayət rəhbəri 37 Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı.

Hücum fonunda Sankt-Peterburqdakı Pulkovo hava limanı saat 03:03-dən etibarən uçuşların qəbuluna məhdudiyyətlərlə keçib.

Qeyd edilib ki, bu, ilin əvvəlindən Ust-Luqaya edilən ən azı altıncı PUA hücumudur. Bundan əvvəl liman martın 22-si, 25-i, 29-u və 31-i, həmçinin iyulun 6-da hücuma məruz qalıb. Əvvəlki hücumlar zamanı limandan neft və neft məhsullarının daşınması müvəqqəti dayandırılıb.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Удары дронов по складу Wildberries превратили в пепел 11 миллионов книг 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Напряженность в Ормузском проливе: совершены нападения на два танкера 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Азербайджан в 1990-х годах сделал такой шаг, что… — Сегодня мы не зависимы от одного «пролива» 11:08 Новость для получателей пенсий: в Баку, Сумгайыте и Абшероне... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Азербайджан поздравил Пакистан с Днем независимости 11:20 В Твери обломки дрона разрушили стену склада: рабочие были эвакуированы 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Финляндия отменила запрет на полеты 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Азербайджанская нефть подешевела 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Все новости