Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir?

Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir?
10.08.2026 19:02

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, qərar bir gün əvvəl Moldova ərazisində PUA-nın düşməsi ilə bağlı baş vermiş insidentlə əlaqədardır. Kişinyov hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

"Bu insident Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulması və vətəndaşlarımızın təhlükəsizliyinin təhdid edilməsidir. Moldova Respublikası Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni və onun ölkəmizin və bütün regionun təhlükəsizliyinə təsirlərini pisləyir", - deyə qeyd olunub.

Xatırladaq ki, uçuş aparatının qalıqları avqustun 9-da Ukrayna sərhədindən uzaq olmayan Moldovanın Ştefan-Voda rayonunun Krukmaz kəndi yaxınlığında aşkarlanıb. Moldova polisinin məlumatına görə, aparat ağaca çırpılıb və 2,5 metr hündürlükdə partlayıb, bundan sonra qalıqlar geniş əraziyə səpələnib. İnsident nəticəsində heç kim xəsarət almayıb, lakin Krukmaz kəndində bir neçə təsərrüfata ziyan dəyib.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər 20:32 Zəlzələdən sonra Kolumbiyada sunami təhlükəsi var? 20:20 Namik Ələskərov yenidən "Kəpəz"də! 20:09 Yasamalda yanğın baş verdi 20:02 Ərdoğan: Türkiyə və Avstriya arasında əməkdaşlıq üçün böyük potensial var 19:49 İranda boş qalan postlar dolduruldu - SİYAHI 19:26 İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir 19:36 Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI 19:18 Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 "İranı diz çökdürə biləcəklərini düşündülər, lakin..." - Pezeşkian 18:52 Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI 18:43 Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat 18:32 "Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Все новости