Minlərlə şiə deportasiya olundu, işsiz qaldı

Minlərlə şiə deportasiya olundu, işsiz qaldı
25.05.2026 09:51

Pakistanın Çakval bölgəsinə son aylarda Birləşmiş Ərəb Əmirliklərindən deportasiya edilən çoxlu şiə müsəlman geri dönüb. Onlar işlərini, əmanətlərini və şəxsi əşyalarını itirdiklərini bildirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, deportasiya olunan şəxslər illərlə BƏƏ-də təhlükəsizlik, tikinti və xidmət sahələrində çalışıblar. ABŞ və İsrailin İrana hücumlarından sonra deportasiyaların artdığı qeyd olunur.

Pakistanın şiə təşkilatı "Majlis Wahdat-e-Muslimeen" fevralın sonundan bəri təxminən 7500 Pakistan şiəsinin BƏƏ-dən çıxarıldığını açıqlayıb.

Deportasiya edilən şəxslər bildiriblər ki, saxlanıldıqdan sonra onlara ölkədən çıxarılacaqları deyilib. Onların çoxu maaşlarını, bank hesablarındakı pulları və baqajlarını götürə bilmədiklərini söyləyib.

Human Rights Watch məsələ ilə bağlı yayılan məlumatların narahatlıq doğurduğunu və araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, BƏƏ-də çalışan pakistanlıların göndərdiyi pullar Pakistan iqtisadiyyatı üçün mühüm hesab olunur. Deportasiyalar isə bir çox ailənin gəlir mənbəyini itirməsinə səbəb olub.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Все новости