Məşhəd ələ keçirildi və bir neçə saata minlərlə insan qətlə yetirildi - Yanvarda nələr baş verib? -VİDEO

Məşhəd ələ keçirildi və bir neçə saata minlərlə insan qətlə yetirildi - Yanvarda nələr baş verib? -VİDEO
20.07.2026 11:54

İran ölkənin əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Məşhəd üzərində nəzarəti itirməyə nə qədər yaxın olduğunu rəsmən etiraf edib.

TodayPress TV xəbər verir ki, İran Dövlət Televiziyasının ("Seda va Sima") efirində yayımlanan xüsusi proqramda xarici işlər naziri Abbas Əraqçi və rejimə bağlılığı ilə tanınan rejissor Cavad Moqueyi bu bəyanatlarla çıxış ediblər. 

Hər iki şəxs, yanvarın 18-də Məşhəd şəhərinin rejim əleyhinə yönəlmiş kütləvi nümayişlərin miqyası qarşısında faktiki olaraq bir neçə saatlıq süqut etdiyini boyunlarına alıblar.

Verilişin aparıcısı da studiyada səslənən fikirləri təsdiqləyərək, təhlükəsizlik qüvvələrinin kütlənin qarşısını ala bilməməsi səbəbindən strateji əhəmiyyətli şəhərin bir neçə saat ərzində tamamilə "çökdüyünü" ifadə edib.

İran rəsmilərinin öz dilindən səslənən etiraflar rejim əleyhinə dalğanın nə qədər kütləvi olduğunu və Tehranın bu cür genişmiqyaslı müqavimətlə üzləşməyə tamamilə hazırlıqsız yaxalandığını nümayiş etdirir.

Qeyd edək ki, hadisələr 2025-ci il dekabrın sonu və 2026-cı il yanvarında İranda başlayan kütləvi etirazlar zamanı baş verib. Etirazlar ölkədə dərin iqtisadi böhran, rialın kəskin dəyər itirməsi və hakimiyyətə qarşı narazılıq fonunda başlayıb. Ən qanlı qarşıdurmalar isə 8–10 yanvar 2026-cı il tarixlərində Məşhəd də daxil olmaqla bir sıra şəhərlərdə qeydə alınıb. Beynəlxalq insan haqları təşkilatları təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ölümcül gücdən istifadə etdiyini sənədləşdiriblər.

Məşhəddə nəzarəti itirmək qorxusu ilə üzləşən rejimin nümayişləri yatırmaq üçün tətbiq edilən qəddar basqılar zamanı 45 mindən çox insanı qətlə yetirdiyi bildirilir. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
21 июля 2026
"Qəbələ" nigeriyalı futbolçu ilə anlaşdı 13:23 Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu 13:02 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 ООН опозорила Армению — от страны потребовали отчёт из-за арестов 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir 11:38 Əliyev-Ştaynmayer görüşünə hazırlıq aparılır - VİDEO 11:34 Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ 11:30 ВОЙНА ЗА ПРОЛИВЫ НА БЛИЖНЕМ ВОСТОКЕ: вслед за Ормузским закрылся и Баб-эль-Мандебский! 11:24 Xankəndidə səyyar ASAN xidmət təşkil olundu 11:22 Новая эра в истории футбола: В футуристическом городе построят первый в мире «небесный стадион»-ФОТО 11:13 Армянские семьи приняли решение: Они идут к реке Хакари с белым флагом 11:10 Prezident Belçika Kralını təbrik etdi 11:04 Məşhur müğənni klip çəkilişində gərgin anlar yaşadı 11:02 «Путин загнан в угол...» — ЖУТКОЕ ПРЕДУПРЕЖДЕНИЕ Восточному флангу НАТО 10:59 Уровень разводов достиг 53,5% от общего числа браков 10:54 İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü 10:50 Momeni: "Əlaqələrin açarı Pakistanın əlindədir" 10:39 Все новости