Məhşur rus çempionuna unikal seçim: Rusiyanın şərəfindənsə, Azərbaycanın şərəfi daha üstündür
Rusiyanın ikiqat olimpiya çempionu və məşqçi Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycan millisində çıxış etmək qərarını şərh edib.
TodayPress TV xəbər verir ki, onun sözlərini "Lotus Media" yayıb.
"Mən istəyirəm ki, oğlum yarışlara qatılsın. Burada ona ehtiyac yox idi. Açıq danışaq, hamı deyirdi ki, o, Rusiya idmançıları ilə rəqabət apara bilmir. Ona beynəlxalq arenaya çıxmaq, yarışmaq lazımdır", – deyə Plyuşenko bildirib.
Qeyd edək ki, iyulun 1-də Beynəlxalq Konkisürmə İttifaqı Aleksandr Plyuşenkoya Azərbaycanı təmsil etməyə icazə verib. Yevgeni Plyuşenko daha əvvəl oğlunun beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını aldığını açıqlamışdı.
Aleksandr Plyuşenko indiyədək rəsmi turnirlərdə çox az iştirak edib. O, 2025-ci il yanvarın 25-də öz yaş kateqoriyasında yeganə iştirakçı olduğu yarışda qalib gəlib. Həmin ilin fevralında isə S.A. Juk Memorialında – Rusiya uşaqlar birinciliyində 18-ci yeri tutub.
Qiymət Mahir