Litva Ukraynaya silah ixracı üçün mərkəzə çevrilə bilər

Litva Ukraynaya silah ixracı üçün mərkəzə çevrilə bilər
25.01.2026 22:15

Ukrayna Prezidenti Volodimir Zelenski litvalı həmkarı Gitanas Nauseda ilə Ukraynanın enerji sisteminə dəstək məsələsini müzakirə edib.

TodayPress TV-nin  məlumatına görə, Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.

"Rusiya hər gün bizim energetikamıza hücum edir. Bu barədə Gitanası məlumatlandırdım, həmçinin Ukraynanın enerji dayanıqlığı və hava hücumundan müdafiənin gücləndirilməsi üçün ehtiyaclarını qeyd etdim. Litva artıq Ukrayna şəhərlərinə və icmalarına yardım etmək, təxminən yüz generator ötürmək qərarı verib", - Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, tərəflər ayrıca hərbi əməkdaşlıq, birgə müdafiə layihələri, PURL təşəbbüsünə dəstək və SAFE proqramı çərçivəsində əməkdaşlıq barədə danışıblar. Zelenski vurğulayıb ki, Litva Kiyevin və tərəfdaşların müdafiə imkanlarını gücləndirmək üçün Vilnüsdə silah ixrac platforması açmağı təklif edib.

"Diplomatiyamız da danışıqların ən mühüm mövzularından biridir. Sülh naminə diplomatik fəaliyyətin yeni detalları ilə bölüşdüm – Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşləri barədə. Ukrayna hər zaman olduğu kimi müharibənin bitməsi üçün öz tərəfindən mümkün olan hər şeyi edir", - Ukrayna lideri əlavə edib.

V.Zelenski hazırda Litvada səfərdədir. O, Yanvar üsyanının 163-cü ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək və Polşa Prezidenti Karol Navrotski ilə də görüşəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Все новости