Keçmiş prezident Paşinyanın yerinə onu seçmək istəyir

Keçmiş prezident Paşinyanın yerinə onu seçmək  istəyir
25.12.2025 11:13

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan tərəfindən qurulan ANK (Ermənistan Milli Konqresi) 2026-cı il parlament seçkilərində müstəqil şəkildə iştirak edəcəyini açıqlayıb.

TodayPress TV  Ermənistan KİV-ə istinadən xəbər verir ki, partiya digər siyasi qüvvələrlə əməkdaşlığa açıq olduğunu bildirir, lakin birləşmənin yalnız onların siyasi oxu ətrafında baş verəcəyi vurğulanır.

Cümə günü ANK "Holiday Inn" otelində bayramqabağı tədbir keçirəcək və burada seçkilərdə iştirak formatını açıqlayacaq, həmçinin baş nazir vəzifəsinə namizədini təqdim edəcək. Məlumata görə, baş nazir namizədi partiyanın vitse-sədri Levon Zurabyan olacaq.

Tədbirdə iştirak edən ANK üzvü Aram Manukyan sualı eşidəndə təəccübləndiyini bildirərək, "Bu baş verməyəcək" cavabını verib və hər şeyin tədbirdə aydınlaşacağını əlavə edib.

Qeyd edək ki, partiyaların seçkilərdə iştirakı üçün girov məbləği 7,5 milyon dram, bloklar üçün isə 15 milyon dramdır. Seçkiqabağı kampaniyanın xərcləri də əlavə olunduqda, seçkilərdə iştirakın ucuz bir proses olmadığı aydın olur.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Все новости