Keçmiş mədəniyyət naziri Epşteyn işi fonunda vəzifəsindən ayrıldı

Keçmiş mədəniyyət naziri Epşteyn işi fonunda vəzifəsindən ayrıldı
08.02.2026 08:40

Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun rəhbəri və Fransanın keçmiş mədəniyyət naziri Cek Lanq amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əməkdaşlıq çərçivəsində çirkli pulların yuyulması iddiası ilə bağlı aparılan istintaqdan sonra istefa verib.  

TodayPress TV xəbər verir ki, bu barədə, o Fransanın xarici işlər naziri Jan-Noel Barrota məktub göndərib. 

O bildirib ki, hazırkı vəziyyət son dərəcə zərərlidir və institutun nüfuzuna xələl gətirə bilər. Sabiq nazir vurğulayıb ki, qurumu qorumaq və ona qarşı irəli sürülən ittihamları sakit şəraitdə təkzib etmək üçün yaxın vaxtlarda idarə heyətinin növbədənkənar iclasında vəzifəsindən ayrılacaq. 

Fransa Xarici İşlər Nazirliyi və Yelisey Sarayı Lanqın istefa ərizəsini nəzərə aldıqlarını açıqlayıb. Nazir Barro isə onun varisinin təyin edilməsi proseduruna başlanacağını və yeddi gün ərzində institutun idarə heyətinin növbədənkənar iclasının çağırılacağını bildirib. 

Xatırladaq ki, daha əvvəl Fransanın Milli Maliyyə Prokurorluğu Jak Lanq və onun qızı Karolin Lanq barəsində Ceffri Epşteynlə birgə pul vəsaitlərinin yuyulmasında şübhəli bilinərək istintaqa başlayıb. Bu qərar “Mediapart” agentliyinin ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanmış Epşteyn işi üzrə sənədlərdən sitatları dərc etməsindən sonra qəbul edilib. 

Həmin sənədlərə əsasən, Jak Lanq və qızı Epşteynlə birlikdə Vircin adalarında qeydiyyatdan keçmiş “Prytanee LLC” şirkətinə sahib olublar. Məlumata görə, Lanq həmçinin Mərakeşdə daşınmaz əmlakın 5,4 milyon avroya satılması ilə bağlı sövdələşmədə iştirak edib. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Все новости