İnanılmaz: Rusiya elitası Moskvanı təcili tərk edir - VİDEO

İnanılmaz: Rusiya elitası Moskvanı təcili tərk edir - VİDEO
20.07.2026 09:50

Rusiya bölgələrində “Wildberries” anbarlarının yandığı yerdən çəkilmiş görüntülər “Qiyamət fəlakəti” təsəvvürü yaradır. Rusiya və bəlkə də bir çox ölkədə belə miqyaslı yanğın görülməyib.

TodayPress TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə fəalı İlqar Altay qeyd edib.

“Bu görüntüdəki külli miqdarda yanmış mallara görə kimin məsuliyyət daşıyacağı sual doğurur. Onların ziyanı yüzmilyardları keçir. Kompensasiya verilməsi sual altındadır.

“Wildberries” VTB və Süleyman Kərimovun da (Dağıstan başçısı) iştirakı ilə yaradılan birləşmiş RVB (Russ və Wildberries) şirkəti tərəfindən dəstəklənir. Bu, həmçinin o şirkətdir ki, iki il əvvəl Moskvada pay uğrunda Ramzan Kadırov dəstəsi ilə silahlı münaqişə oldu və Putin bu dəfə nəsə, Ramzanı deyil, Süleymanı dəstəklədi, Ramzan çəkildi.

Bu anbarların təhlükəsizliyini təmin etməyin öhdəliyini daşıyan Rusiya dövləti nəsə heç bir məsuliyyət daşımır. Böyük bizneslərin də heç bir məsuliyyət daşımaması ehtimalı var. Bu halda bu böyük fəlakətin bədəlini görünür ki, bədbəxt orta və kiçik biznes ödəməli olacaq. Gör ki, nə qədər insan, ailə batır!

Sxem çox sadədir: dövlət müharibəyə başlayır, böyük bizneslər qazanc əldə edir və ziyanların nəticələrini isə adi, hüquqsuz insanlar ödəyir.

Sual yaranır. Ukrayna niyə birdən-birə bir neçə “Wildberries” anbarına zərbə endirdi? Yəni ki, ayaqqabı və yun köynəklərlə dolu anbarlara zərbə endirməkdən daha vacib hədəflər yox idimi?

Məqsəd burada daha böyük və başqadır:

1. “Wildberries”in nahəng anbarları on minlərlə işçini işlə təmin edir və həm on milyonlarla rus onların müştərisidir. Yəni demək olar ki, hər bir rus “Wildberries” ilə alış-verişdədir, asılılıq qədər. Demək ki, “Wildberries”in yoxluğu ölkədə benzin çatışmazlığı qədər müharibəyə, həm hökumətə qarşı narazılığa səbəb olur, yanıq-tüstü hissi ilə.

2. Anbarlarda həm də əsasən, ordunu təchiz edəcək miqdarda çoxlu döyüş çəkməsi, ayaqqabı, gödəkçə, şalvar və digər hərbi geyimlər var idi. Demək ki, bu anbarlara edilən bu hücumlarla Ukrayna Rusiyanın səfərbərlik planlarını da xeyli pozur!” - o bildirib.

O vurğulayıb ki, Rusiya elitası bu saat təcili Moskvanı tərk edir:

“Wildberries” anbarlarına dron hücumlarından Moskva bölgəsindəki zəhərli kanserogenin səviyyəsi fəlakətli dərəcəyə çatıb. Havada artıq icazəli səviyyədən dəfələrlə artıq zəhərli maddələr aşkarlanır:

- Benzol • Benzo(a)piren• Formaldehid

- 1,3-Butadien•2,3,Tetraxlordibenzo-p-dioksin (TCDD)• 1,3-Butadien• Toluol• Ksilollar • Etilbenzol• Stirol• Tetraxlordibenzofuran (TCDF)• Akrolein• Hidrosian turşusu.

Bu maddələr xərçəngə səbəb olan son dərəcə təhlükəli hissəciklərdir. Bu fonda da Moskvanın vəzifəli şəxsləri, təhlükəsizlik rəsmiləri, tanınan iş adamları və "ali elitanın" üzvləri təcili olaraq ailələrini Moskvadan uzaqlaşdırırlar. Bu arada, hakimiyyət orqanları isə real problemləri rəsmi olaraq həll etmir, yalnız pəncərələri bağlamaq tövsiyələri ilə kifayətlənir”.

Qeyd edək ki, Ukraynanın Rusiyadakı “Wildberries” onlayn mağazasının anbalarına zərbəsi nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb. Ərazidə böyük yanğın baş verib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
21 июля 2026
Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu 13:02 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 ООН опозорила Армению — от страны потребовали отчёт из-за арестов 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir 11:38 Əliyev-Ştaynmayer görüşünə hazırlıq aparılır - VİDEO 11:34 Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ 11:30 ВОЙНА ЗА ПРОЛИВЫ НА БЛИЖНЕМ ВОСТОКЕ: вслед за Ормузским закрылся и Баб-эль-Мандебский! 11:24 Xankəndidə səyyar ASAN xidmət təşkil olundu 11:22 Новая эра в истории футбола: В футуристическом городе построят первый в мире «небесный стадион»-ФОТО 11:13 Армянские семьи приняли решение: Они идут к реке Хакари с белым флагом 11:10 Prezident Belçika Kralını təbrik etdi 11:04 Məşhur müğənni klip çəkilişində gərgin anlar yaşadı 11:02 «Путин загнан в угол...» — ЖУТКОЕ ПРЕДУПРЕЖДЕНИЕ Восточному флангу НАТО 10:59 Уровень разводов достиг 53,5% от общего числа браков 10:54 İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü 10:50 Momeni: "Əlaqələrin açarı Pakistanın əlindədir" 10:39 Захид Орудж: «Азербайджанский народ, независимо от этнических, религиозных и региональных различий» 10:39 Все новости