Hantavirusa görə 7 ÖLKƏ HƏRƏKƏTƏ KEÇDİ

Hantavirusa görə 7 ÖLKƏ HƏRƏKƏTƏ KEÇDİ
09.05.2026 10:30

Hantavirusla bağlı narahatlıq beynəlxalq miqyasda artmaqdadır.

TodayPress TV xəbər verir ki, Argentinadan yola düşən kruiz gəmisində aşkarlanan yoluxma halları bir sıra ölkələrdə həyəcan yaradıb.

Niderland, Sinqapur, İsveçrə, İsrail və Böyük Britaniyadan sonra ABŞ-də də mümkün təmasda olan şəxslər nəzarətə götürülüb.

ABŞ-nin Nyu-Cersi ştatında iki nəfərin yoluxmuş sərnişinlə əlaqədə ola biləcəyi açıqlanıb. Ştatın Səhiyyə Departamenti həmin şəxslərin gəmidə olmadığını və indiyədək heç bir simptom göstərmədiyini bildirib. Rəsmi açıqlamada ictimaiyyət üçün risk səviyyəsinin aşağı olduğu qeyd edilib.

Qeyd edək ki, 2026-cı il futbol Dünya Çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyi, oyunların əksəriyyətinin ABŞ-də baş tutacağı xatırladılıb. Matçlardan bəzilərinin Nyu-Cersidə oynanılacağı, final görüşünün isə “MetLife Stadium” stadionunda keçiriləcəyi bildirilir.

ÜST indiyədək gəmidə səkkiz hantavirus halının qeydə alındığını, bunlardan üçünün ölümlə nəticələndiyini açıqlayıb.

Məlumata görə, xəstələrdə yüksək hərarət, mədə-bağırsaq pozuntuları, sürətlə inkişaf edən pnevmoniya və kəskin tənəffüs çatışmazlığı kimi simptomlar müşahidə olunub.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə vəziyyəti “3-cü səviyyə” kimi qiymətləndirib. Bu, qurumun ən aşağı fövqəladə hazırlıq kateqoriyası sayılsa da, mümkün yayılmanın izlənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün xüsusi mütəxəssis qrupunun ayrıldığı bildirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Все новости