Hakan Fidan İran və Qətər rəsmiləri ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan İran və Qətər rəsmiləri ilə atəşkəsi müzakirə etdi
08.04.2026 16:02

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və Qətərin yüksək səviyyəli rəsmiləri ilə telefon danışıqları aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Danışıqlarda ABŞ və İran arasında əldə olunmuş iki həftəlik atəşkəs rejimi və bunun davamlı sülhə çevrilməsi yolları müzakirə edilib.

Agentlik diplomatik mənbələrə istinadən xəbər verir ki, Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində Ankaranın müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib. O, Türkiyənin bölgədə daimi sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Fidan atəşkəsin uzunmüddətli və dayanıqlı həllə çevrilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini bildirib.

Türkiyəli nazir həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Muhammed bin Əbdulrəhman Əl Tani ilə də telefon danışığı aparıb. Tərəflər müvəqqəti atəşkəsin davamlı regional sülhə çevrilməsi üçün atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Все новости