Fransalı siyasətçilər Makronun istefasını tələb etdilər

Fransalı siyasətçilər Makronun istefasını tələb etdilər
22.11.2025 21:00

Bir sıra fransalı siyasətçi Prezident Emmanuel Makron və Baş nazir Sebastyan Lekornyunun hökumətinin istefasını tələb edib.

TodayPress TV məlumatına görə, bu barədə solçu partiya "Təslim olmayan Fransa"nın parlament fraksiyasının lideri Matilda Pano sosial şəbəkələrdə bildirib.

Məlumata görə, bundan sonra deputatlar demək olar ki, yekdilliklə 2026-cı il üçün büdcə layihəsini rədd ediblər.

"404 səs "əleyhinə" və cəmi bir səs "lehinə" olmaqla. Büdcə layihəsi heç vaxt belə qüvvələr nisbəti ilə rədd edilməmişdi. Biz bu büdcəyə mane olmaq üçün əlimizdən gələni edəcəyik. Sebastyan Lekornyuya - etimadsızlıq. Makrona - istefa!" - o yazıb.

Sağçı "Qalx, Fransa" partiyasının lideri Nikola Dyupon-Enyan da Makronun hakimiyyətdən uzaqlaşdırılması və yeni seçkilərin təşkilinin ölkəni "xilas etmək üçün yeganə həll" olduğunu bildirib.

Öz növbəsində, sağçı "Milli Birlik" partiyasının deputatlar fraksiyasının lideri Marin Le Pen hökumətin istefasını və parlamentin buraxılmasını tələb edib. "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo da kabinetinin istefasını tələb edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Все новости