Fransada 2023-cü ildən bəri ən böyük etiraz aksiyaları keçirilir

Fransada 2023-cü ildən bəri ən böyük etiraz aksiyaları keçirilir
18.09.2025 13:36 Dünya

Fransada etirazların davamı olaraq müəllimlər, nəqliyyat işçiləri, xəstəxana heyətləri, əczaçılar və ictimai sektorda çalışanlar tətil elan ediblər.

TodayPress TV xəbər verir ki, məqsəd yeni Baş nazir Sebastyan Lekornunu maaş və təqaüdlər, eləcə də ictimai xidmətlərlə bağlı qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə məcbur etməkdir.

Tətillər səbəbindən məktəblər, dəmir yolu və aviasiya sektorlarının fəaliyyətində ciddi problemlər yaşanır.

Paytaxt Parisdə əsas yolların etirazçılar tərəfindən bağlanması nəqliyyatın hərəkətini iflic edib.

Bugünkü etirazların 2023-cü ildən bəri ən böyük etirazlar olacağı və aksiyalarda ümumilikdə 900 minə qədər insanın iştirakı gözlənilir.

Fransa Daxili İşlər Nazirliyi 80 min polis və jandarm qüvvələrinin dronlar, zirehli texnika və su şırnaqları ilə silahlandırılaraq səfərbər ediləcəyini bildirib.

Daxili işlər naziri Bruno Retalo aksiyaların hibrid olduğunu, etiraza icazə verilmiş insanlarla ultra-solçu təxribatçıların bir-birinə qarışdığını qeyd edib.

Qeyd edək ki, Fransa siyasi rəhbərliyinin qeyri-stabilliyi, maaş və təqaüdlərlə, ictimai xidmətlə bağlı siyasəti, büdcədə olan nöqsanlar bir müddətdir əhalinin qəzəbinə səbəb olub.

İki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazir Sebastyan Lekornu əvvəlki büdcə siyasətini dəyişməklə bağlı vədləri də etirazçıların hiddətini soyuda bilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Bütün Xəbərlər