Ermənistanda hakim fraksiyada gərginlik: Köçəryanı “arxivə göndərirlər”

Ermənistanda hakim fraksiyada gərginlik: Köçəryanı “arxivə göndərirlər”
04.11.2025 11:42

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Andranik Koçaryan və Hayk Sarkisyan arasında növbəti insident baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, qalmaqal Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının qapalı iclasında yaşanıb. 

Komissiyanın sədri Andranik Köçəryan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ayka Sarkisyanan notbukdan istifadəni dayandırmağı tələb edib. O əlavə edib ki, iclas zalında səs və ya video yazan cihazların istifadəsi qadağandır. Deputat tələbi yerinə yetirməkdən imtina etdikdə, tərəflər arasında mübahisə yaranıb və iclas Sarkisyan zalı tərk edənədək dayandırılıb.

Mənbələrin məlumatına görə, Köçəryan və Sarkisyan arasındakı ziddiyyət uzunmüddətlidir. Bildirilib ki, Sarkisyan dəfələrlə Köçəryandan şikayətlərlə Baş nazir Nikol Paşinyana müraciət edib. Öz növbəsində, Köçəryan həmkarına qarşı açıq narazılıq və sərt ifadələr işlətməsi ilə tanınır.

“Joxovurd” yazır ki, gərgin münasibətlər təkcə bu iki deputat arasında deyil. Andranik Köçəryanın parlament sədri Alen Simonyanla da münasibətləri pisləşib. 27 oktyabr anım tədbiri zamanı deputat Simonyanı görməməzlikdən gəlib.

Qəzetin məlumatına görə, tərəflər arasındakı ziddiyyətin səbəbi Simonyanın 44 günlük müharibənin səbəblərini araşdıran parlament komissiyasının hesabatını plenar iclasa çıxarmamaq və sənədi arxivə göndərmək qərarı olub.

İddiaya görə, Köçaryan yaxın çevrəsində bəyan edib ki, hesabatı növbəti çağırış parlamentdə təqdim edəcək. Simonyanın tərəfdarları isə bildirirlər ki, “yeni parlamentdə nə hesabat, nə də Köçəryan üçün yer olacaq. Onu da hesabatla birlikdə arxivə göndərəcəklər". 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Все новости