Ermənistanda daha bir siyasi qüvvə Samvel Karapetyanın blokuna qoşuldu

Ermənistanda daha bir siyasi qüvvə Samvel Karapetyanın blokuna qoşuldu
21.04.2026 17:44

Ermənistan təhlükəsizlik, siyasi və dəyərlər sistemi sahələrində ciddi çətinliklərlə üzləşir.

TodayPressTV xəbər verir ki,   bu barədə "Aprelu Yerkir" partiyasının bəyanatında qeyd olunur.

Belə ki, müxalif "Aprelu Yerkir" partiyası "Güclü Ermənistan" partiyalar bloku ilə əməkdaşlıq memorandumu imzalayıb.

Bəyanatda vurğulanır ki, Ermənistan hazırda milli konsolidasiya, məsuliyyət və aydın siyasi iradə tələb edən ciddi problemlərlə üz-üzədir.

Sənəddə deyilir: “Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Aprelu Yerkir" partiyası ilə ‘Güclü Ermənistan’ bloku arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün vahid siyasi platforma yaratmaq məqsədilə siyasi, təşkilati və insan resurslarını birləşdirəcəklər.”

Həmçinin qeyd olunur ki, “Aprelu Yerkir” partiyası ölkədə baş verən dəyişikliklərə görə öz məsuliyyətini üzərinə götürür.

Xatırladaq ki, martın 31-də “Güclü Ermənistan” partiyası 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları ilə birlikdə blok yaratdığını elan edib. Blok ilkin olaraq “Samvel Karapetyanla Güclü Ermənistan” adlandırılıb.

Lakin aprelin 7-də Ermənistan parlamenti hakimiyyət tərəfindən irəli sürülən və partiya və blok adlarında şəxsi adların istifadəsini qadağan edən Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Jalə Rövşən

TodayPressTV


ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Все новости