Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO

Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO
17.06.2026 13:26

Sosial medianın Türkiyə seqmentində Ermənistan Baş naziri Nikol Paşinyanın bir çıxışı gündəm olub.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərdə Paşinyan türklər haqda danışır.

“Mənə “türk” deyə qışqırırlar. Amma bunu təhqir kimi qəbul etmirəm. Biz min illərdir türklərlə eyni coğrafiyada birlikdə yaşayırıq. Mədəniyyətlərimiz bir çox oxşarlıqları paylaşır. Buna görə də, məni türk adlandıranda əsəbiləşmirəm. Bunu deyənlər özlərinə, keçmişlərinə baxmalıdırlar”, – deyə Nikol çıxışında vurğulayır.

Qeyd edilən görüntülər türkiyəli səyyah və kontent istehsalçısı Emre Zeybekin Ermənistandan yaydığı videodan sonra yenidən gündəmə gətirilib.

Həmin kadrlarda erməni uşağın səyyahın türk olduğunu bilib yerə tüpürməsi müzakirələrə səbəb olub.

E.Zeybek Ermənistan səfəri ilə bağlı paylaşımında bunları qeyd edib:

“Bu ölkəyə müəyyən ön mühakimələrlə gəlmişdim və təəssüf ki, oranı tərk edərkən həmin fikirlərim dəyişməmiş qaldı. Səyahətim boyunca insanlara hər zaman gülərüzlə yanaşdım, heç bir təhrikedici davranış sərgiləmədim. Lakin əyləşdiyim restoranların əməkdaşlarından tutmuş küçədə qarşılaşdığım insanlara qədər, 7-dən 70-ə hər kəsdən oxşar münasibət gördüm.

Əlbəttə, hər cəmiyyətdə istisnalar olur. Ancaq bu səfər ərzində fərqli bir təcrübə yaşamaq imkanım olmadı. Düşünürəm ki, Ermənistanda nifrət hisslərini aşılayan bütün amillər məktəblərdən təmizlənməlidir. Bu paylaşım bütöv bir xalq haqqında deyil, yalnız öz səyahətim zamanı əldə etdiyim şəxsi müşahidələri və təcrübələri əks etdirir”.

Məhz Emre Zeybekin paylaşımından sonra Nikol Paşinyanın türklərlə bağlı fikri tirajlanmağa başlayıb. 

Həmin videonu təqdim edirik:


ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Bu məhsullar gömrük rüsumlarından azad ediləcək 15:44 "Qarabağ"ın potensial rəqibləri bəlli oldu 15:31 Ukrayna tətilə gedən uşaqların avtobusunu vurdu - DƏHŞƏTLİ HADİSƏ 15:31 Tramp İrana bir qəpik də verməyəcək - 300 milyard kimin cibindən çıxacaq? 15:16 Prezident İİB-nin sədrini "Dostluq" ordeni ilə təltif etdi 15:09 DÇ-26: Mundialın növbəti dörd matçı açıqlandı 15:07 ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi 14:57 Milli Məclis yeni qanun layihəsini müzakirə edir 14:41 Ən çox insan Xəzərin bu çimərliklərində boğulur 14:35 1993-cü ildən bəri ilk dəfə, Göyçə gölü o qədər artdı ki, Azərbaycandan göründü 14:32 Magistraturaya qəbulun nəticələri elan olundu 14:32 Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın GÖRÜNTÜLƏRİ 14:22 Azərbaycan Böyük Dəbilqə turnirində 17 cüdoçu ilə təmsil olunacaq 14:16 Bu şəxslər üçün yeni vergi güzəşti tətbiq olunacaq 14:11 США, разбомбив Иран, спасли режим от народной революции — режим же выжил, пожертвовав Хаменеи 13:46 Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi 13:31 Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO 13:29 Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO 13:26 Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir! 13:21 Известный архитектор раскритиковал снос исторического здания в Баку: «Вандалы разрушают город» 13:09 Ибрагим Мбайе стал самым молодым африканским футболистом, забившим гол на чемпионатах мира 13:12 İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu 12:56 Кронпринцесса Норвегии Метте-Марит перенесла пересадку легких 12:53 В Армении расследуют дело о подкупе избирателей в пользу партии Царукяна 12:45 Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO 12:44 Все новости