Ərdoğan: "S-400 məsələsi bağlandı"

Ərdoğan: "S-400 məsələsi bağlandı"
25.06.2025 22:10 Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla "F-35"lərin Ankaraya təhvil verilməsini müzakirə etdiyini bildirib.

TodayPress TV verir ki, o qeyd edib ki, ABŞ prezidenti bu məsələyə müsbət münasibət nümayiş etdirib. "Trampla görüşdə "S-400 "məsələsini müzakirə etmədik. Bu məsələ bizim üçün qapalıdır", - Ərdoğan qeyd edib.

Ərdoğan əlavə edib ki, Türkiyə Britaniya və Almaniya ilə Eurofighter qırıcılarının alınması ilə bağlı danışıqları davam etdirir və bu prosesdə də müsbət irəliləyişlər var.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə regional və qlobal nəticələrə səbəb olub. Rusiya ilə Ukrayna arasında atəşkəs və davamlı sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və Türkiyə ədalətli və davamlı sülh əsasında buna son qoymaq üçün səylərini davam etdirir.

Türkiyə lideri bildirib ki, İsrailin təhlükəsizliyi bütün region ölkələrinin təhlükəsizliyi kimi qonşularının sabitlik, sülh və rifahından asılıdır.

“İsrail və İran arasında hərbi eskalasiya regionu çox ciddi risklər astanasına qoyub, Türkiyə böhranın əvvəlindən fəal şəkildə diplomatik təmaslardadır. İranla fikir ayrılıqlarının uzunmüddətli həlli diplomatiya və danışıqlar yolu ilə mümkündür, regionda çoxlu nümunələr var ki, müharibə və dağıntılar heç nəyə gətirib çıxarmır”, - deyə Ərdoğan fikrini yekunlaşdırıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər