Daha bir ölkə İranla danışıqları bərpa etmək istəyir

Daha bir ölkə İranla danışıqları bərpa etmək istəyir
09.04.2026 22:10

Almaniya hökuməti İran ilə danışıqları bərpa etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts keçirdiyi brifinqdə məlumat verib.

Almaniyanın bu addımı ABŞ və Avropadakı tərəfdaşları ilə koordinasiya şəraitində etdiyini vurğulayan Kansler qeyd edib ki, məqsəd ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı qarşıdan gələn danışıqların uğurla nəticələnməsinə töhfə verməkdir.

Danışıqlar yolu ilə həll üçün müəyyən zaman pəncərəsinin açıldığını qeyd edən F.Merts buna baxmayaraq, vəziyyətin hələ də kövrək olaraq qaldığını, davamlı sülhə nail olmaq üçün çətin danışıqların gözləndiyini bildirib.

“Diplomatik uğur heç də təmin olunmayıb”, – deyən Kansler qeyd edib: “Təkcə son 24 saat göstərdi ki, regionda atəşkəs nə qədər kövrəkdir, Hörmüz boğazındakı vəziyyət nə qədər qeyri-müəyyəndir və tərəflərin mövqeləri hələ də nə qədər uzaqdır”.

Almaniya Kansleri İsrailin Livandakı hərbi əməliyyatlarını tənqid edərək, regiondakı ümumi vəziyyətin böyük narahatlıq doğurduğunu, Livanın cənubundakı vəziyyətin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayıb. O, İsrailin apardığı müharibənin sərtliyinin ümumilikdə sülh prosesinin iflasa uğramasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Kansler bu məqsədlə digər dövlət və hökumət başçıları ilə birlikdə İsrail hökumətinə hücumları dayandırmaq barədə çağırış etdiklərini bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Лицо, находившееся в международном розыске, доставлено из Казахстана в Азербайджан 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Признание Криштиану Роналду о жизни после карьеры: «Мое будущее спланировано» 15:54 Объявлена численность населения Азербайджана 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 Аэропорт Стамбула снова побил рекорд: более 290 тысяч пассажиров... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Почему отпуск не снимает усталость? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 Серьезная потеря для «Сумгайыта»: Капитан долгое время не сможет помогать команде 14:13 Президент США Дональд Трамп пообещал еще больше усилить экономическое давление на Иран 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Китай запустил в космос новый спутник 13:49 Все новости