Cənubi Koreya ABŞ ilə tarif razılaşmasına sadiq qalacağına söz verir

Cənubi Koreya ABŞ ilə tarif razılaşmasına sadiq qalacağına söz verir
27.01.2026 12:56

Cənubi Koreya hökuməti ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya avtomobillərinə rüsumları yenidən 15%-dən 25%-ə qaldırmaq planlarını nəzərə alaraq, tarif sazişlərinə sadiqliyini ABŞ-yə çatdırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyası məlumat verib.

Məlumata görə, Administrasiyanın Milli Siyasət Ofisinin direktoru Kim Yonq-bum, Milli Təhlükəsizlik üzrə müşavir Vi Sunq-lak, Koreya Respublikasının ticarət nümayəndəsi Yo Han-qu, maliyyə nazirinin birinci müavini Li Hyun-il, xarici işlər nazirinin ikinci müavini Kim Cin-a da daxil olmaqla yüksək vəzifəli şəxslərin iştirakı ilə görüş keçirilib.

Cənubi Koreya rəsmiləri Trampın tarif artımları ilə bağlı açıqlamasını müzakirə ediblər. 

"Artan tariflərin qüvvəyə minməsi üçün Federal Reyestrdə dərc olunma kimi inzibati tədbirlər tələb olunduğundan, hökumətimiz ABŞ-yə tarif razılaşmalarına əməl etməyə hazır olduğunu və vəziyyətə sakit şəkildə cavab verəcəyini bildirməyi planlaşdırır", - deyə prezident administrasiyası qeyd edib.

Sənaye və Ticarət naziri Kim Çen Kvanın danışıqlar aparmaq üçün ABŞ-yə gedəcəyi bildirilib.

Xatırladaq ki, Tramp yanvarın 26-da Cənubi Koreyadan gələn bəzi mallara, o cümlədən avtomobillərə tarifləri yenidən qaldırmaq planlarını açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər 20:32 Zəlzələdən sonra Kolumbiyada sunami təhlükəsi var? 20:20 Namik Ələskərov yenidən "Kəpəz"də! 20:09 Yasamalda yanğın baş verdi 20:02 Ərdoğan: Türkiyə və Avstriya arasında əməkdaşlıq üçün böyük potensial var 19:49 İranda boş qalan postlar dolduruldu - SİYAHI 19:26 İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir 19:36 Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI 19:18 Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 "İranı diz çökdürə biləcəklərini düşündülər, lakin..." - Pezeşkian 18:52 Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI 18:43 Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat 18:32 "Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Все новости