Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO

Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi  - Bakıya kin seli axdı - VİDEO
29.06.2026 14:43 Dünya

Azərbaycanın öz tarixi keçmişinə, xüsusilə Səfəvilər imperiyasına sahib çıxması İrandakı şovinist dairələrdə növbəti anti-Azərbaycan kampaniyasını qızışdırıb.

Regionda balansın Bakının xeyrinə dəyişməsi və Türk dünyasının inteqrasiyası Tehrandakı bəzi "ideoloq"ları o qədər panikaya salıb ki, onlar artıq Bakıdakı muzeylərdə asılan tarixi xəritələri belə özləri üçün təhdid mənbəyi elan edirlər.

İran mediasında Bakıya qarşı tirajlanan növbəti qarayaxma kampaniyası da bu qorxunun təzahürüdür.

İranlı məşhur siyasi ekspert Ehsan Movahedian Bakıdakı muzeylərdən birində paytaxtı Təbriz olan Səfəvi dövlətinin xəritəsinin nümayiş etdirilməsini rəsmi Bakının "ideoloji hücumu" kimi qələmə verməyə çalışıb.

Azərbaycanın öz real elmi və tarixi keçmişini gənc nəslə təqdim etməsini "saxta kimlik quruculuğu" adlandıran şəxs, əslində fərqində olmadan Tehranın onilliklər boyu qurduğu saxta tarix strategiyasının iflasını etiraf edib.  

Səfəvilər Azərbaycan dövlətidir. Şah İsmayıl Xətainin qurduğu imperiyanın hərbi-siyasi onurğasını Azərbaycan türk tayfaları (qızılbaşlar) təşkil edib. Dövlətin ilk paytaxtının Təbriz olması, saray və ordu dilinin Azərbaycan türkçəsi olması bu imperiyanın milli kimliyinin silinməz möhürüdür. Dünya tarixşünaslığının qəbul etdiyi bu reallığı farslaşdırmağa çalışmaq elmi savadsızlıqdır.

Bakıda Səfəvi xəritələrinin nümayişi kiməsə qarşı ərazi iddiası yox, tarixi varislik haqqıdır. Əgər paytaxtı Təbriz olan tarixi dövlətin xəritəsi Tehranı bu qədər qorxuya salırsa, deməli, problem daxildədir. Tehran bilir ki, Arazın cənubunda yaşayan milyonlarla soydaşımız öz milli kimliyini və Təbrizin tarixi statusunu heç vaxt unutmayıb.

Azərbaycan Respublikası 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quran və kökləri Atabəylərə, Qaraqoyunlulara, Ağqoyunlulara və Səfəvilərə dayanan qədim bir dövlətçilik ənənəsinin rəsmi varisidir. Rejim dəyişiklikləri dövlətlərin yaşını sıfırlamır. Əgər iranlı ekspertin məntiqi ilə yanaşsaq, 1979-cu il inqilabından sonra qurulan indiki İran İslam Respublikasının cəmi 47 yaşı var. 

Jalə Rövşən


XƏBƏR LENTİ
29 IYUN 2026
Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO 14:43 Azərbaycanın ən müqəddəs qələmi onun idi - Zərdabinin yaşayan xətti 14:42 Bütün Xəbərlər