Alen Simonyan deputat mandatından imtina etdi

Alen Simonyan deputat mandatından imtina etdi
02.07.2026 14:07

Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan deputat mandatından imtina edib.

TodayPress TV xəbər verir ki, o bu barədə bu gün keçirdiyi brifinqdə bəyan edib.

“Parlamentin sədri kimi işimi davam etdirmək istəyirdim. Amma partiya və bir idarə heyəti var və mən həmişə idarə heyətinin qərarına əməl etmişəm”-deyə Alen Simonyan yeni parlamentdə yeni spiker Ruben Rubinyana üstünlük verməsindən inciyib-incimədiyi soruşulduqda bildirib.

“Mən idarə heyətimin qərarına tabe oluram. Parlametntin sədri kimi fəaliyyətimi davam etdirməyəcəyəm. Belə bir narazılığım yoxdur; inanıram ki, iş prosesi bəzi dəyişikliklər tələb edir. Ümid edirəm ki, nə vaxtsa ölkəmizə və partiyamıza faydalı olacağam. Bunu Baş nazirlə və idarə heyəti ilə müzakirə etmişəm. Mandatı qəbul etməyəcəyəm və parlamentə millət vəkili kimi qayıtmayacağam”, – Simonyan bildirib.

O, qeyd edib ki, hər şeydən əvvəl bir az dincəlmək istəyir. “İş baxımından mənim üçün çətin bir il oldu. Unutmayın ki, bu, müharibədən sonrakı parlament çətinliklərə və çətin vəziyyətlərə dözən bir parlament idi. Bir az dincəlmək istəyirəm. Mənim də şəxsi həyatım var və nəhayət ki, hər şeyi yoluna qoymaq istəyirəm” – deyə Simonyan yekunlaşdırdı.

Xatırladaq ki, Alen Simonyan da yeni parlamentin spikeri vəzifəsinə namizədlər arasında idi. Lakin hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti bu yaxınlarda onun deyil, Ermənistan parlamentinin hazırkı vitse-spikeri Ruben Rubinyanın namizədliyini təsdiqləyib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Лицо, находившееся в международном розыске, доставлено из Казахстана в Азербайджан 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Признание Криштиану Роналду о жизни после карьеры: «Мое будущее спланировано» 15:54 Объявлена численность населения Азербайджана 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 Аэропорт Стамбула снова побил рекорд: более 290 тысяч пассажиров... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Почему отпуск не снимает усталость? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 Серьезная потеря для «Сумгайыта»: Капитан долгое время не сможет помогать команде 14:13 Президент США Дональд Трамп пообещал еще больше усилить экономическое давление на Иран 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Все новости