ABŞ Ukraynaya “Tomahawk” verə bilər

ABŞ Ukraynaya “Tomahawk” verə bilər
29.09.2025 15:36 Dünya

Donald Tramp Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək səlahiyyəti verə bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ Prezidentinin xüsusi elçisi Keyt Kelloq  ABŞ rəsmilərinin “Tomahawk” raketlərinin Kiyevə tədarükünü müzakirə etdiklərini bildirib. 

Kelloq Trampın Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə səlahiyyəti verə biləcəyini deyib və “Rusiya üçün toxunulmaz yerlər yoxdur” ifadəsini səsləndirib.

Eyni zamanda ABŞ rəsmiləri Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükünü müzakirə etdiklərini bildirirlər.

Həmçinin Kreml bu iddiaları diqqətlə təhlil etdiyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, bu raketlərin kim tərəfindən və necə buraxılacağı, hədəflərin kim tərəfindən təyin ediləcəyi mühüm suallardır.

Hərbi ekspertlər bildirirlər ki, “Tomahawk” kimi sistemlərin effektiv istifadəsi yüksək səviyyəli kəşfiyyat və texniki dəstək tələb edir. Onların döyüşə cəlb olunması ABŞ-nin iştirakı və məsuliyyətini əhəmiyyətli dərəcədə artırar.

Ehtiyatda olan polkovnik Mixail Xodarenokun fikrincə, belə tədarüklər Rusiyanın hərbi-siyasi rəhbərliyi üçün mövcud məhdudiyyətləri aradan qaldıra, gərginliyi daha da yüksəldə bilər.

Qeyd olunur ki, bu mövzu hələ rəsmi qərara bağlanmayıb və bəzi açıqlamalar siyasi rəftar və fərdi şərh kateqoriyasına aid edilir. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Bütün Xəbərlər