ABŞ-də güllələnən Çarli Kirk kimdir?

ABŞ-də güllələnən Çarli Kirk kimdir?
11.09.2025 09:36 Dünya

Sentyabrın 10-da ABŞ-də sağçı siyasi fəal və “Turning Point USA” təşkilatının həmtəsisçisi Çarli Kirk Yuta ştatındakı Yuta Velli Universitetində çıxışı zamanı güllələnərək öldürüldü. 

TodayPress TV xəbər verir ki, 31 yaşlı Kirk son illərdə Respublikaçılar Partiyasının yeni simalarından biri kimi önə çıxmışdı.

Onun siyasi fəaliyyəti Çay Partiyası hərəkatından (Tea Party movement) sonra başlayıb və hazırkı ABŞ Prezidenti Donald Trampın yüksəlişi ilə daha da genişlənmişdi. Cəmi 18 yaşında “Turning Point”i təsis edən Kirk gənclər arasında Trampın ən fəal dəstəkçilərindən biri kimi tanınırdı. O, universitet kampuslarında və kilsələrdə seçiciləri səfərbər etmək üçün təşkilatın geniş şəbəkəsindən istifadə edirdi.


Kirk sosial mediada milyonlarla izləyicisi olan aparıcı simalardan biri idi. Gənclərlə açıq müzakirələr aparmaq, suallara cavab vermək və tez-tez populyarlaşan videolara çevrilən debatları ilə məşhurlaşmışdı. Onun Yuta Vellidəki çıxışı isə 14 şəhəri əhatə edən “American Comeback Tour” tədbirlərinin ilk dayanacağı idi.

Hadisə zamanı Kirk auditoriyadan verilən sualı cavablandırarkən atəş səsi eşidilib. Videolarda onun boynuna toxunaraq kreslodan yıxıldığı əks olunub. Tədbirdə iştirak edən keçmiş konqresmen Ceyson Çaffetz həmin anı belə təsvir edib: 

“Çarli izdihamı coşdurur, papaqlar atırdı, sonra sualları cavablandırmağa başladı və qəfil güllə səsi eşidildi”.


Çarli Kirk sadəcə siyasi fəal deyil, həm də yazıçı və media siması idi. Gündəlik üç saatlıq radio verilişinə aparıcılıq edir, böyük mitinqlərdən tutmuş kiçik tədbirlərə qədər özəl mühafizə ilə iştirak edirdi.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Kirkə gənclərin səsini qazanmaqda xüsusi roluna görə təşəkkür etmişdi. O, bu ilin may ayında Ağ Evdə keçirilən hakim Janin Pirronun andiçmə mərasimində də iştirak etmişdi.


İllinoysda doğulan Kirk 2021-ci ildə Erika Frantzve ilə ailə qurmuşdu. Onların iki azyaşlı övladı var.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər