"Qarabağ" Çempionlar Liqasına 4 gənc futbolçu ilə gedir

"Qarabağ" Çempionlar Liqasına 4 gənc futbolçu ilə gedir
03.07.2025 16:08 UEFA

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının iştirak ərizəsinə Akademiyanın 4 gənc futbolçunu da daxil edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Teleqraf-a Ağdam təmsilçisinin akademiyasının meneceri Nail Kərimov bildirib.

O, komanda ilə birlikdə Avstriyaya yollanan yarımmüdafiəçilər Hikmət Cəbrayılzadə və Mehdi Mütəllimli, müdafiəçilər Amin Rzayev və Həbib Qədimova dair planlardan danışıb.

Kərimov sözügedən futbolçuların özlərini doğrultduqları halda qarşıdan gələn avrokubok oyunlarında meydana çıxma şansı qazana biləcəklərini açıqlayıb: “Futbolçular üçün ən böyük şans bu toplanışda iştirak etməkdir. Komandanın məşqçilər korpusu o şəraiti yaradıb: Futbolçuların potensialına güvənərək onları heyətə daxil edib və özləri ilə birlikdə toplanışa aparıb. Artıq bundan sonrası özlərini necə göstərəcəklərindən asılıdır. Hansı oyunçu daha yaxşı tərəfdən özünü göstərsə, inanırıq ki, o, komandada qalacaq. Bu halda avrokubok oyunlarında iştirak edə bilərlər”.

Akademiya rəsmisinin sözlərinə görə, gənclər uzun müddətdir əsas komandanın məşqlərində iştirak edir: “Amin Rzayev və Hikmət Cəbrayılzadə artıq Premyer Liqada debüt ediblər. Həmçinin, 21 yaşadək futbolçulardan ibarət milli komandaya da dəvət alırlar. Futbolçular ötən mövsüm ərzində mütəmadi “Qarabağ”ın məşqlərinə qoşulublar. Həm öz yaş qrupu üzrə oyunlarını keçirib, həm də əsas komanda ilə birlikdə məşqlərdə iştirak ediblər. Mövsümün sonuna doğru isə bu məşqlərə daha sıx qoşuldular. Bakıda keçirilən təlim-məşq toplanışında da iştirak ediblər. O zaman 2006-cı il təvəllüdlü Davud Məsimov da məşqlərə qatılırdı. Lakin Davud zədələndiyinə görə Avstriyaya gedə bilmədi. Bir müddət bərpa məşqləri keçirməlidir”.

Qeyd edək ki, “Qarabağ” iyulun 16-dən Zell-Am-Seenin Kaprun bölgəsində toplanış keçirəcək. Ağdam təmsilçisi iyulun 7-də Ukraynanın “Metallist” (Xarkov), iyulun 11-də Niderlandın “Tvente" (eyni gündə iki görüş), iyulun 15-də Avstriyanın “Zaltsburq” komandasına qarşı yoxlama görüşləri keçirəcək. “Köhlən atlar” Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

FOTOLAR

"Qarabağ" Çempionlar Liqasına 4 gənc futbolçu ilə gedir — 1
"Qarabağ" Çempionlar Liqasına 4 gənc futbolçu ilə gedir — 2
"Qarabağ" Çempionlar Liqasına 4 gənc futbolçu ilə gedir — 3
XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Bütün Xəbərlər