Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı
07.07.2025 11:27 Turizm

Türkiyə, Aralıq dənizinin incisi sayılan Antalya sahillərində dünya sualtı arxeologiyası üçün mühüm əhəmiyyət daşıyan tarixi bir kəşfə imza atıb. Kumluca rayonunun Adrasan sahillərində, 33–46 metr dərinlikdə aşkar edilən qədim gəmi batığı, eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları ilə Roma dövrünün əvvəllərinə təsadüf edir.

TodayPress TV xəbər verir ki, elm dünyasında böyük maraq doğuran bu batıq, içərisindəki yüzlərlə keramika boşqab, qab və sini ilə birlikdə 2 min il dəniz dibində toxunulmamış vəziyyətdə qalıb. Mütəxəssislər bu tapıntını qlobal miqyasda nadir hesab edir və onu sualtı arxeologiyada dönüş nöqtəsi kimi qiymətləndirirlər.

“El Keramikası Batığı” adlandırılan bu qədim gəmi, Aralıq dənizi hövzəsində geniş yayılmış və incə qırmızı cilalı süfrə qabları ilə tanınan Şərq sigillata keramikasından ibarət zəngin bir yük daşıyırdı. Təxminən 25 fərqli dizaynda olan bu qablar daşınma zamanı xam gildən qoruyucu təbəqə ilə örtülmüş və bir-birinin üstünə yığılaraq daşınmışdı. Məhz bu qədim qablaşdırma texnikası sayəsində keramikalar illər boyu torpaq qatları altında demək olar ki, zədələnmədən qorunub saxlanılıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Antalyanın sahillərində aşkarlanan qədim gəmi batığını yerində incələmək üçün xüsusi dalış həyata keçirib. Nazir Ersoy bildirib: “Qab və boşqablar öz ilkin rəngini və səth quruluşunu qoruyaraq dövrün istehsal və qablaşdırma texnikaları barədə olduqca qiymətli məlumatlar verir.”

Nazir bu batığı yalnız Türkiyə üçün deyil, bəşəriyyətin ortaq mədəni irsi baxımından da “son dərəcə dəyərli bir kəşf” kimi dəyərləndirib. Qədim dövrə aid bu əşyaların hazırda bölgədəki Bərpa və Qoruma Laboratoriyasında incəliklə qorunduğunu vurğulayıb.


Sualtı tarixə həsr olunmuş yeni muzey: Türkiyədən dünya arxeologiyasına daha bir töhfə

Antalyanın Kemer–İdyros bölgəsində tapılan və 2 minillik tarixi olan “El Keramikası Batığı”nı dünya ictimaiyyətinə daha geniş şəkildə tanıtmaq məqsədilə Türkiyə bölgədə Aralıq dənizi Sualtı Arxeologiyası üzrə ixtisaslaşmış yeni bir muzey inşa edəcək. Bu təşəbbüs, mədəni irsin qorunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, yeni muzey ölkənin mədəni davamlılıq sahəsindəki uzaqgörən strategiyasını əks etdirir. Artıq layihələndirmə mərhələsi başa çatıb və tikinti işlərinə bu ay başlanacaq.

Bundan əlavə, bu yay “Gecə Muzeyləri” layihəsi çərçivəsində Antalya Arxeologiya Muzeyi saat 22:00-a qədər fəaliyyət göstərəcək. Muzeyin daxilində xüsusi bir bölmə sualtı arxeologiyaya həsr olunacaq ki, bu da ziyarətçilər üçün həm məlumatlı, həm də interaktiv bir təcrübə vəd edir.

Mədəni irsin qorunmasına yönəlmiş strateji yanaşması ilə seçilən Türkiyə, arxeologiya sahəsində son illərdə beynəlxalq səviyyədə liderliyə yüksəlməkdədir. Bu istiqamətdə həyata keçirilən “Gələcək Nəsillər üçün İrs” layihəsinin tərkib hissəsi kimi, 2024-cü il ölkədə rəsmi olaraq “Arxeologiyanın Qızıl Dövrü” elan edilib. Layihə çərçivəsində ölkə üzrə aparılan arxeoloji qazıntı işləri bütün fəsilləri əhatə etməklə genişlənib. Təkcə 2023-cü ildə qazıntıların sayı 765-ə çatıb. Növbəti hədəf isə bu rəqəmi 2026-cı ilə qədər 800-ə çatdırmaqdır. Bu təşəbbüs, keçmişi gün üzünə çıxarmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək mədəni sərvətlərin daha geniş şəkildə qorunmasını təmin edir.

Elm və turizm baxımından əhəmiyyətli kəşflər

Türkiyənin mədəni irsinin qorunmasına dair genişmiqyaslı vizionu artıq dənizin dərinliklərini də əhatə edir. Bu baxış ölkəni sualtı arxeologiya sahəsində öncül bir dövlətə çevirir. 2025-ci ildən etibarən Türkiyə tərəfindən dörd prezident fərmanı ilə təsdiqlənmiş qazıntı, üç muzey rəhbərliyində aparılan sualtı araşdırma və əlavə olaraq üç elmi tədqiqat ekspedisiyası həyata keçirilib. Bu fəaliyyətlər dəniz arxeologiyası sahəsində sistemli və davamlı yanaşmanın təməlini qoyur.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib: “Təkcə Patara ilə Mersin arasındakı sahil zolağında artıq 400-dən çox gəmi batığı müəyyən olunub. Alimlərimiz bu ərazilərdə böyük intizam və səmərə ilə çalışırlar. Bu kəşflər yalnız elmi baxımdan deyil, turizm baxımından da böyük imkanlar yaradır.”

Hər bir gəmi batığı Türkiyənin dənizçilik tarixinə yeni baxış bucağı qazandırır. Sualtı arxeologiya ilə zəngin təbii dalış məkanlarının vəhdəti Türkiyəni qlobal səviyyədə dalğıclıq və dəniz araşdırmaları mərkəzinə çevirir. Xüsusilə Egey sahilləri və Türk Rivierası ilboyu əlverişli su temperaturu, yüzlərlə sertifikatlı dalış mərkəzi və təcrübəli təlimçiləri ilə dalğıclar üçün cəlbedici məkana çevrilib.

Antalyanın Kaş qəsəbəsi dünya üzrə ən yaxşı 10 dalğıc məkanından biri kimi seçilir. Egey və Aralıq dənizlərinin kəsişdiyi Muğlanın Fethiye və Bodrum bölgələri ilə Çanakkalədə yerləşən Qallipoli Tarixi Sualtı Parkı isə bu sahillərdə kəşf ediləcək ən canlı dalğıc istiqamətləri olaraq önə çıxır. Türkiyədə sualtı kəşflərin ictimaiyyətə təqdim edilməsində Bodrum Sualtı Arxeologiyası Muzeyi kimi qurumların da mühüm rolu vardır.

Türkiyənin ən son dörd prezident fərmanı ilə aparılan qazıntıları arasında ən önəmlisi sayılan “El Keramikası Batığı” isə, qlobal arxeoloji marağın mərkəzinə çevrilməklə yanaşı, dərinliklərin sirrlərinə maraq göstərən ziyarətçilər üçün mütləq görülməsi vacib olan yerlərdən biri olaraq qəbul edilir.

FOTOLAR

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 1
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 2
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 3
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 4
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 5
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 6
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı — 7
XƏBƏR LENTİ
15 IYUN 2026
Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 Bütün Xəbərlər