Azərbaycan əhalisinə şad xəbər: Daha bir ölkəyə quru yolla getmək olacaq

Azərbaycan əhalisinə şad xəbər: Daha bir ölkəyə quru yolla getmək olacaq
21.05.2026 09:54 Туризм

Bakı–Tbilisi qatarının açılması Türkiyəyə gediş-gəlişi də ucuzlaşdıra bilər. Bildirilir ki, sərnişinlər Tbilisiyə gedərək oradan qonşu ölkəyə keçə biləcəklər. Bu baxımdan, dolayı yolla Türkiyəyə quru yolunun açıldığını demək mümkündür. İndiki mərhələdə bir azərbaycanlının Türkiyəyə quru yolu ilə səfərinin təxmini nə qədər başa gələcəyi və bu vəziyyətin turizmə necə təsir göstərəcəyi sual doğurur.

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Bakı–Tbilisi qatarının istifadəyə verilməsi Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra bilər:


“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur. Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tbilisidən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”.

Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:

“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər. Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 В Израиле зафиксирован первый случай смерти от лихорадки Западного Нила 10:44 «Это конец путешествия!» — Култхард высказался о судьбе Зандворта в «Формуле-1» 10:28 «Белый дом скрывает свои долги!» — Аракчи раскрыл все карты! 10:24 Неожиданный поворот в трансфере Дарвина Нуньеса в самый последний момент! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Россия отправит в Армению новый груз транзитом через Азербайджан 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Цена азербайджанской нефти превысила 95 долларов 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 Спецоперация Службы государственной безопасности (СГБ): лицо, находившееся в международном розыске 17 лет, доставлено в Азербайджан 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Все новости