Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı

Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı
14.07.2026 17:15 Araşdırma

Bir cərrahiyyə əməliyyatı ilə Almaniya hökumətindən müharibə şəraitində olan ölkəsinə 40 milyon dollarlıq yardım paketi qazandıran həkim — professor, Dr. Ağabəy Azərbaycanini bəlkə də bir çoxumuz tanımırıq.

Ağabəy Azərbaycani 13 iyul 1939-cu ildə Tehranda anadan olub. Erkən yaşda təhsilə başlayaraq 17 yaşında bakalavr dərəcəsi alıb, 15 yaşında isə orta təhsillə bərabər İrandakı Amerika ordusunda tərcüməçi kimi çalışıb. 1957-ci ildən etibarən ABŞ-da tibb təhsili alıb və 1972-ci ildə travmatologiya üzrə cərrah kimi ixtisaslaşıb. 2008-ci ildə dayısı professor Cavad Heyətin tövsiyəsi ilə Beynəlxalq Universitetin klinikasını təsis edib və bura Almaniya ilə Amerikadan 4 milyon dollar dəyərində tibbi avadanlıq gətirilməsini təmin edib.

1988-ci ildə Qarabağda müharibə alovlananda o, Vətənin köməyinə tələsir. Almaniya və Amerikadakı imkanlarını səfərbər edərək Azərbaycana milyonlarla dollarlıq tibbi avadanlıqlar gətirir, yüzlərlə yaralı əsgərimizi, qaçqın və köçkünümüzü təmənnasız əməliyyat edir.

1993-cü ildə Ağabəy Azərbaycani Almaniyanın daxili işlər nazirinin ürəyində olduqca ağır və riskli bir cərrahiyyə əməliyyatını uğurla icra edir və naziri ölümün pəncəsindən qurtarır. Əməliyyatdan sonra almaniyalı nazir öz xilaskarına minnətdarlığını necə ödəyəcəyini soruşduqda, Ağabəy bəyin cavabı tək və qəti olur:

"Mənim Vətənim müharibə şəraitindədir, xalqıma kömək edin!" Almaniya hökuməti Azərbaycana düz 40 milyon dollar həcmində humanitar tibbi yardım karvanı göndərir.

Mədəniyyət və diaspor sahəsində isə Ağabəy Azərbaycani 1988-ci ildə Almaniyanın Solingen şəhərində Leyla Şərifova ilə birlikdə Azərbaycanın ilk diaspor konsertini təşkil edib. Sonrakı dövrlərdə Zeynəb Xanlarova, Lütfiyar İmanov, Adil Bağırov, Fidan və Xuraman Qasımovalar, Cavanşir Məmmədov kimi sənətkarların iştirakı ilə daha 8 konsert proqramı reallaşdırıb. O, həmçinin fəaliyyəti dövründə 200-dən çox azərbaycanlı tələbənin Almaniyada ali təhsil almasına birbaşa təşkilati dəstək göstərib.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
14 июля 2026
Tramp fikrini dəyişdi: 20 faizlik rüsum nədir ki… 19:23 Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi 19:12 Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi 19:06 Hər kəs Trampın bu təkrar paylaşımından danışır - FOTO 18:54 150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı 18:48 Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Армяне хотели забрать тела Ильгара Мирзоева и Полада Гашимова — Солдаты подставили грудь под вражескую артиллерию 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Почему отстает занятость женщин на освобожденных территориях? — РАЗЪЯСНЕНИЕ 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı 16:26 Мир беременен третьей мировой: в Африке вспыхнет мировая война 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 Все новости