Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi

Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi
04.08.2026 10:49

Aleksandr Zverev Sinner, Alkaras və Cokoviçin Monreal “Masters”ində iştirak etməməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

Dünya reytinqində ikinci pillədə qərarlaşan almaniyalı tennisçi Aleksandr Zverev bunun əsas səbəbinin “Masters 1000” seriyasına daxil olan turnirlərin iki həftə davam etməsinin olduğunu bildirib. 

O hesab edir ki, xüsusilə ABŞ Açıq çempionatından (US Open) əvvəl belə uzunmüddətli yarışlar bəzi tennisçilər üçün əlavə yük yaradır.

“Əla formada qalmaq üçün bəzi oyunçular daha çox, digərləri isə daha az turnirdə iştirak etməlidirlər. Mənim üçün oynamaq vacibdir, buna görə də yarışlarda çıxış edirəm. Ancaq artıq ikinci və ya üçüncü ildir ki, Alkaras, Sinner və Cokoviç burada oynamırlar. Bu, iki həftəlik “Masters 1000” turnirlərinin nəticəsidir. Xüsusilə US Open öncəsi bu müddət bəzi oyunçular üçün həddindən artıq uzundur. Mən də əvvəllər daha çox ATP-500 və ATP-250 turnirlərində çıxış edirdim. Lakin indi evdən və ailədən uzun müddət uzaqda qalmalı olduğum üçün bunu etmirəm. Bununla belə, mənim üçün matç praktikası çox vacibdir”, – deyə Zverev bildirib.

Qeyd edək ki, Monreal “Masters” turniri avqustun 2-dən 13-dək keçirilir. Yarışın kişilər arasında tək oyunlar üzrə ümumi mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Россия заблокировала тысячи напитков армянского происхождения 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Звезде чемпионата мира предоставлена особая привилегия! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Назначен глава Исполнительной власти города Нахичевань 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Заявление Пезешкиана об отставке: Что происходит? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Баку немедленно перешел к действиям, Израиль приостановил процесс 12:01 Водители больше будут не нужны — В случае аварии... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Пашинян назначил на высокий пост «главного человека» Запада, изрыгающего ненависть к Москве 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Все новости