“Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi

“Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi
10.08.2026 17:20

İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero Bosniya və Herseqovina millisinin 18 yaşlı forvardı Kerim-Sem Alaybeqoviçin Turin klubuna transferinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Del Pyero gənc futbolçunun keçidindən məmnun olduğunu deyib. O, Alaybeqoviçin yüksək oyun keyfiyyətlərinə malik olduğunu və gənc yaşının transferi “Yuventus” üçün üstünlüyə çevirdiyini vurğulayıb.

“Bu yeni istedadla bağlı çox şadam. İlk növbədə, o, yüksək oyun keyfiyyətlərinə malik futbolçudur. Digər tərəfdən, çox gəncdir. Buna görə də onun transferi böyük üstünlükdür. İtaliya liqasında istedadlı futbolçuları tapmaq getdikcə çətinləşir, çünki onlar başqa ölkələrin klubları tərəfindən cəlb olunur.

Ümid edək ki, o, özünü yaxşı göstərəcək, inkişafı üçün kifayət qədər vaxtı olacaq və üzərinə erkən yaşda həddindən artıq təzyiq göstərilməyəcək. Bunun heç bir mənası yoxdur. Bunlar çox vacib məqamlardır. Düşünürəm ki, Spallettinin Alaybeqoviçə şans vermək və onu yaxından izləmək üçün mövsüm ərzində imkanları olacaq”, – deyə Del Pyero bildirib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 "İranı diz çökdürə biləcəklərini düşündülər, lakin..." - Pezeşkian 18:52 Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI 18:43 Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat 18:32 "Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Молодые боксеры Азербайджана выступят на чемпионате Европы 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Потеря веса без причины может быть признаком серьезных заболеваний 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Все новости