Yeniyetmə cüdoçuların Skopye sınağı

Yeniyetmə cüdoçuların Skopye sınağı
24.06.2025 16:02 İdman

Şimali Makedoniyada yeniyetmə cüdoçuların Avropa çempionatı keçiriləcək. 

TodayPress TV xəbər verir ki, 26–29 iyun tarixlərində Skopyedə baş tutacaq yarışda Azərbaycan 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. 

Yeniyetmə oğlanların turnirində Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev ( hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Səid Hüseynov (90 kq), Tunar Fərzəliyev (+90 kq)

Cüdoçu qızların turnirində isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) qitə çempionatının mükafatları uğrunda yarışacaqlar.  

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Millinin heyətində Abdullah Rəhmətov da (81 kq) yer alacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 Bütün Xəbərlər