Yapon futbolunun simvolu karyerasını davam etdirir

Yapon futbolunun simvolu karyerasını davam etdirir
22.12.2025 16:29

Karyerasını davam etdirən 58 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura Cey-liqanın üçüncü divizionunda çıxış edən “Fukusima Yunayted” klubuna keçməyə yaxındır.

TodayPress TV “Japan Times” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi hücumçu peşəkar karyerasında 41-ci mövsümünə başlamağa hazırlaşır.

Məlumata görə, forvard yeni komandaya bir illik icarə əsasında qoşulacaq. Ötən mövsümü “Atletiko Sudzuka” klubunda keçirən Miuranın transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Kazuyoşi Miuranın son illərdəki keçidləri adətən oyun nömrəsinə uyğun olaraq 11 yanvar saat 11:11-də elan edilir.

Fevral ayında 59 yaşını qeyd edəcək futbolçu son mövsümdə 7 oyunda meydana çıxıb.

Xatırladaq ki, Kazuyoşi Miura 1986-cı ildə Braziliyanın “Santos” klubunda peşəkar debüt edib. O, karyerası ərzində İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da çıxış edib. Miura Cey-liqanın yaradılmasından sonra Yaponiyada futbolun populyarlaşmasında əsas simalardan biri hesab olunur. O, Yaponiya millisinin heyətində keçirdiyi 89 oyunda 55 qol vurub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
"Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 "ПОБЕДА, КОТОРАЯ СОЗДАЛА МИР" — пишет Рамиз Юнус... 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Все новости