WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük!
WNBA-da bir oyunçunun bir matçda vurduğu üç xallıq atışların rekordu yenilənib.
TodayPress TV xəbər verir ki, qadınlar arasında NBA-nın (WNBA) müntəzəm çempionatında yeni rekord qeydə alınıb.
“Minnesota Lynx” – “Dallas Wings” qarşılaşmasının əsas hadisəsi Kaila Makbraydın WNBA tarixində bir matçda ən çox üç xallıq atış reallaşdıran basketbolçu olması olub. “Lynx”in müdafiəçisi 10 dəfə uzaq məsafədən dəqiq atış edib. O, qarşılaşmanı 43 xalla başa vurub.
Əvvəlki rekord 2019-cu ildə bir matçda 9 üç xallıq atış reallaşdıran Kelsi Mitçellə məxsus idi. Daha sonra Cuell Loyd, Arike Oqunbovale, Rayn Hovard, Çelsi Qrey və Marina Mabrey bu göstəricini təkrarlayıblar.
“Minnesota Lynx” – “Dallas Wings” qarşılaşmasında meydan sahibləri 103:90 hesabı ilə qalib gəlib.
Namiq HUN