Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı
Rusiyanın Tatarıstan Respublikasında gənc hokkeyçiləri daşıyan avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, qəza Kazan–Orenburq–Borovoye Matyuşino avtomobil yolunun Laişevo rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “Ford Focus” markalı minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxaraq uşaq hokkey komandasını daşıyan “Ford” markalı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralıların dəqiq sayı və vəziyyəti hələlik açıqlanmayıb.
Qəzanın başvermə səbəblərinin araşdırılması və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Laişevo rayonunun prokuroru Andrey Naumov hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.
Namiq HUN