Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu
Belçika millisinin və “Tottenhem”in sabiq müdafiəçisi Tobi Alderveyreld “Çelsi”nin 35 yaşlı hücumçu Denni Uelbek və 36 yaşlı yarımmüdafiəçi Cordan Hendersonu transfer etməsinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Bu barədə “Tribal Football” məlumat yayıb.
Alderveyreld təcrübəli futbolçuların komandada və xüsusilə soyunub-geyinmə otağında mühüm rol oynadığını vurğulayıb.
“Komandada olduğu kimi, soyunub-geyinmə otağında da özəyin olması vacibdir. Elə futbolçular var ki, hər oyunda meydana çıxmaya bilər, amma digər oyunçulardan müəyyən tələblər edir, onları hər gün məşq etməyə, daha güclü olmağa və daim inkişaf etməyə sövq edirlər.
Uelbek və Henderson kimi futbolçular nə etməli olduqlarını və sakitliyi necə qorumağı bilirlər. Onlar gənc oyunçulara nə vaxt mübarizəyə qoşulmağın lazım olduğunu deyə bilərlər. Məhz buna görə belə təcrübəli futbolçular gələcəyin böyük ulduzları ola biləcək gənclərlə yanaşı çox vacibdir.
Yaxşı balans yaratmaq lazımdır. Düşünürəm ki, “Çelsi” heyəti gücləndirmək və titullar qazanmaq üçün kifayət qədər sərmayə qoyub. Onlar hər həftə mübarizə apara biləcək, beynəlxalq oyunlara gedib geri qayıtdıqdan sonra Premyer Liqada çətin matçlara hazırlaşa biləcək güclü komanda yaratmalıdırlar.
Onlara sadəcə yaxşı futbolçular deyil, yaxşı komanda lazımdır. Henderson və Uelbek Xabi Alonsoya bunun nə demək olduğunu göstərməyə kömək edə bilərlər”, – deyə Alderveyreld bildirib.
Namiq HUN