UEFA Konfrans Liqası: Zirə qələbə qazandı - VİDEO
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçı bitib.
TodayPress TV xəbər verir ki, matç Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
21:23
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
Ruan Renato 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
21:09
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
David Volkov 48-ci dəqiqədə fərqlənib.
20:35
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Ruan Renato fərqlənib.
Braziliyalı müdafiəçi 32-ci dəqiqədə adını tabloya yazdırıb.
20:00
UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.