U-20 millimizin Avropa səfəri tarixi bir ilklə yekunlaşdı

U-20 millimizin Avropa səfəri tarixi bir ilklə yekunlaşdı
20.07.2026 12:53

20 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatı B divizionun oyunları yekunlaşıb.

TodayPress TV xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunan yarışda Anar Sarıyevin rəhbərlik etdiyi U-20 milli komandamız son oyununu Niderland seçməsinə qarşı keçirib və 66:60 hesabı ilə rəqibinə qalib gəlib.

Avropa çempionatı B divizionunda iştirak edən 21 komanda arasında yaş ortalamasına görə 3 ən gənc kollektivdən biri olan millimiz, çempionatı 11-ci pillədə başa vurub. Bu nəticə Azərbaycan basketbol tarixində bir ilk kimi də statistikaya düşüb.

İlk baxışda yarışın tam mərkəzində qərarlaşmaq adi bir nəticə kimi görünsə də, komandamızın yer aldığı qrupun ağırlığı və rəqiblərin səviyyəsi bu nəticənin adi bir nəticə olmadığını göstərir. Bunu qrup mərhələsində qarşılaşdığımız komandaların çempionatın sonundakı yekun mövqeləri də aydın sübut edir.

Belə ki, qrupdakı ən güclü rəqibimiz olan İsveç millisi çempionatın bürünc medallarına sahib çıxıb. Digər rəqibimiz İrlandiya komandası pley-off mərhələsini uğurla keçərək yarışın 5-cisi olub.

Şimali Makedoniya yığması isə ilk onluqda qərarlaşaraq çempionatı 9-cu sırada bitirib.

Millimiz çempionat boyu göstərdiyi əzmkar oyun sayəsində ümumi sıralamada düz 10 ölkəni geridə qoymağı bacarıb. Basketbolçularımız turnir cədvəlində Niderland, İsveçrə, Kipr, Gürcüstan, Danimarka, Estoniya, Slovakiya, Ermənistan, Albaniya və Kosovo kimi komandaları üstəliyə bilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
23 июля 2026
Qurban Qurbanov: “Baxımlı oyun olmadı” 23:16 Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ 20:55 MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ 22:48 Müctəba Xameneinin son vəziyyəti necədir? - AÇIQLANDI 22:41 İranın ən məşhur meydanında “Zülfiqar” şousu - VİDEO 22:36 “24 saata bitəcəkdi…” - Zaxarova Trampın yaddaşını təzələdi 22:18 UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyunu bitdi 20:01 UEFA Konfrans Liqası: "Zirə"nin Estoniya klubu ilə matçı başa çatdı - VİDEO 20:15 “Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO 21:50 İsrailə müharibəyə qoşulmaq üçün cəmi “2 dəqiqə” lazım imiş 21:43 ABŞ Səudiyyə Ərəbistanına elə bir şərt qoydu ki… 21:37 Zelenski Putinin gizli planlarından danışdı - Müharibənin gedişatında nə baş verəcək? 21:22 DÇ-2026-nın ən yaxşı oyunçusu o seçildi 20:43 Ərzaq qiymətləri bahalaşacaq - SƏBƏB 20:47 Xankəndidə kafedə yanğın baş verdi - Xəsarət alanlar var 20:38 Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü 20:34 TƏCİLİ - ABŞ İranda yeni hədəfi vurdu 20:24 SON DƏQİQƏ: Tramp İrana qarşı ən böyük hücum siqnalını verdi 20:07 “Netanyahu ABŞ-yə gələrsə…” - Tramp 19:45 Fedorov “müdafiə naziri”ndən başqa heç nəyi qəbul etmədi 19:40 Qatarlara daş atanlar kimlərdir? ADY-dən sərt xəbərdarlıq 19:14 Ermənilərdən təxribat - AFFA dərhal UEFA-ya şikayət etdi 19:23 Putinin köməkçisi Bakıya gəldi - Nələr müzakirə edildi? 19:16 Zelenski Fedorova yeni vəzifə təklif etdi 19:05 Azərbaycandakı universitetlərin birinə magistr qəbulu ləğv edildi 18:51 Все новости