Tbilisidə start! Cüdoçularımız tatamidə ilk sınağa çıxdı -YENİLƏNDİ

Tbilisidə start! Cüdoçularımız tatamidə ilk sınağa çıxdı -YENİLƏNDİ
20.03.2026 15:23

Gürcüstanda cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.

TodayPress TV xəbər verir ki, ilk yarış günü 4 cüdoçumuz tatami üzərinə çıxıb.

Yarışa fransalı Kilian Noel üzərində qələbə ilə başlayan Turan Bayramov (66 kq) Tbilisi turnirinin 1/4 final mərhələsində mübarizəni uğurla davam etdirib. O, bu mərhələdə dünya və Avropa mükafatçısı Lukas Sahanı (Finlandiya) ipponla keçərək yarımfinala vəsiqə qazanıb. 

Cüdoçumuz yarımfinalda isə gənclər arasında son dünya çempionu Tornike Qiqauridən (Gürcüstan) ipponla üstün olaraq finala vəsiqə qazanıb. Onun həlledici mərhələdəki rəqibi Nurkanat Serikbayev (Qazaxıstan) olacaq.

Eyni çəkidə yarışan Rəşad Yelkiyev (66 kq) yarışı mükafatsız başa vurub.

Qadınların yarışında Könül Əliyeva (48 kq) təsəlliverici görüşə çıxıb. Cüdoçumuz bu mərhələdə rusiyalı rəqibinə məğlub olaraq Tbilisi Böyük Dəbilqəsini 7-ci pillədə tamamlayıb.

Mübarizəyə 1/8 finaldan başlayan Leyla Əliyeva (52 kq) isə israilli Gefen Primo ilə qarşılaşmada məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, yarış martın 22-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Все новости